İƏT Gənclər Forumu Prezidenti təbrik edib

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) 11 apreldə Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə əldə etmiş İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumu (İƏT Gənclər Forumu) 11 apreldə Azərbaycan Respublikası Prezidenti seçkilərində qələbə əldə etmiş İlham Əliyevə təbrik məktubu ünvanlayıb. "OLAYLAR"-a daxil olan məktubun mətnində qeyd edilir ki, Forum rəhbərliyi İlham Əliyevin əvvəlki illərdəki prezidentliyi dövründə Azərbaycan Respublikasında baş verən müsbət dəyişikiklərə yüksək qiymət verib, Azərbaycanın müsəlman ölkələri içində xüsusi çəkisi olan dövlətlərdən birinə çevrilməsində rolu xüsusi vurğulayıb, eləcə də növbəti 7 il ərzində inkişaf kursunun davam edəcəyinə ümid ifadə edilib, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll olunması arzu olunub.

Eyni zamanda Prezident İlham Əliyevə İƏT Gənclər Forumuna daima göstərdiyi dəstəyə görə təşəkkür bildirilib, onun İƏT arealında gəncliyin inkişafı üçün göstərdiyi təşəbbüslər yüksək qiymətləndirilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31