Çexiyalı deputat: "Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi"
14 seçki məntəqəsində müşahidələr apardım. Bütün seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunurdu. Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi.
12 Aprel 2018 11:37 Siyasət14 seçki məntəqəsində müşahidələr apardım. Bütün seçki məntəqələrində yüksək seçici fəallığı müşahidə olunurdu. Azərbaycanda seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Azərbaycanda prezident seçkilərini izləyən Çexiya Deputatlar Palatasının üzvü Yirji Valenta müşahidələrinin yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, müşahidə apardıqları məntəqələrdə heç bir qanun pozuntusuna rast gəlməyiblər. "Azərbaycan xalqına prezident seçkilərindən sonra da xoşbəxtlik, inkişaf arzu edirəm",- deyə çexiyalı deputat vurğulayıb.