Siyasət

Qələbə tariximizi özümüz yazmalıyıq...

2 Aprel 2018 13:36

Milli dövlətçiliyimizin çox əsrlik təkamülü tarixində Azərbaycan ərazisi çoxsaylı savaşların meydanı olub. Bu ərazidə regionun və dünyanın böyük güc sahibləri üz-üzə gəliblər. Lakin 20-ci əsrə qədərki dövrdə heç zaman yerli əhalinin – Azərbaycan türklərinin kütləvi qırğınına, etnik və dini mənsubiyyət zəminində məhv edilməsi hallarına rast gəlinməyib. 19-cu əsrin birinci yarısında torpaqlarımıza yerləşdirilən ermənilər Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirdikcə  xalqlar arasında nifaq salmağa, bu ərazinin aborigen əhalisinə qarşı təxribatlar törətməyə və nəhayət, torpaqlarımızı özününküləşdirməyə başladılar.

Müasir dünyanın gözü qarşısında baş verən Qarabağ faciələri

2 Aprel 2018 13:30

XX əsr bir çox müsbət və mənfi məqamları, hadisələri ilə Azərbaycan tarixində özünəməxsus yer tutub. Əsrin müxtəlif illərində başımıza gətirilən müsibətlər və əlamətdar hadisələrin tariximizdə bu gün öz yeri var. Qlobal Araşdırmalar Liqası İctimai Birliyinin sədri Azər Verdiyev də deyir ki, XX əsr Azərbaycan tarixində 1918-ci il bir-birini sürətlə əvəz edən və Azərbaycan xalqının taleyində həlledici sayılan hadisələr baxımından yəqin ki, ən əhəmiyyətli zaman kəsiyidir.

Aprel döyüşləri, Azərbaycanın şərəf tarixi

2 Aprel 2018 13:27

Müstəqil Azərbaycanın ən şərəfli tarixlərindən birinin ildönümünü yaşayırıq. Aprel döyüşlərinin. Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi uğurlu hərbi əməliyyatın artıq iki tamam olur.

Avropadakı soydaşlarımızın mütləq əksəriyyəti Azərbaycandakı sabitliyi dəstəkləyir

2 Aprel 2018 13:23

Əsas fəaliyyət istiqamətini seçki öncəsi dövlətə və dövlətçiliyə zərbə vurmağa yönəltmiş Avropadakı söyüş qrupu qoca qitədə Azərbaycan adına keçirilən hər bir tədbirə, toplantıya qara yaxmağa, onun imicinə zərbə vurmağa çalışırlar.

Bako Saakyanı da azərbaycanlıların Dağlıq Qarabağa qayıtmasının tərəfdarına çevirdilər

2 Aprel 2018 13:10

Qondarma Dağlıq Qarabağın de-fakto prezidenti Bako Saakyan ABŞ-da olarkən mətbuata müsahibə Dağlıq Qarabağa azərbaycanlıların qayıtmasının mümkünlüyünü bildirdi.

Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk demokratik respublika

2 Aprel 2018 12:46

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması Azərbaycan xalqının həyatına böyük və əlamətdar hadisə kimi əbədi daxil olmuşdur. Təsadüfi deyil ki, həmin tarix ölkəmizdə Respublika günü kimi təntənə ilə qeyd edilir. Xatırladaq ki, Azərbaycan Xaıq Cumhuriyyətinin yaradılması elə də asan başa gəlməyib, mürəkkəb siyasi şəraiydə xalqın mütəfəkkirləri və tanınmış ziyalıları Şərq aləminin ilk demokratik cumhuriyyətinin yaradılmasına nail oldular.

Elxan Şahinoğlu: “Əlimizdə müasir hərbi texnika var”

2 Aprel 2018 12:21

“Aprel döyüşlərindən iki il keçdi. Bu müddət ərzində aprel döyüşləri və o günlərdə bölgədə yaranan mövcud geosiyasi vəziyyət haqqında xeyli qeydlərim oldu, topladığım materallar əsasında “Aprel atəşkəsi” adında kitab yazdım, çoxsaylı müsahibələr verdim”. Bunu Elxan Şahinoğlu deyib.

Deputat: "Aprel döyüşləri göstərdi ki, işğal altındakı torpaqları azad etmək imkanına malik güclü ordumuz var"

2 Aprel 2018 11:54

“Ermənistanın 2016-cı ilin aprel ayındakı təxribatlarına cavab olaraq Milli Ordumuzun uğurlu əməliyyat keçirməsi bir daha göstərdi ki, Azərbaycanın işğal altındakı torpaqlarını azad etmək imkanına malik güclü ordusu var”. Bunu Milli Məclisin deputatı Bəxtiyar Əliyev deyib.

Facebook bütün sərhədləri dağıtdı

2 Aprel 2018 11:50

“Facebook sosial şəbəkəsinin müsbət tərəfləri az deyil, ancaq ali məqsəd üçün düşünülmüş bu format eybəcərlikləri də üzə çıxartdı”. “OLAYLAR” xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib. O, bildirib ki, hamı qəzetdə yazı yaza bilməz, bunun üçün birincisi, qabiliyyətin olmalıdır: “İkincisi etik qaydalara riayət etməlisən, yəni heç kim təhqir etməməlisən.

Düşmən 98 dəfə atəşkəsi pozub

2 Aprel 2018 11:48

“OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 98 dəfə pozub.

XİN Kəlbəcərin işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb

2 Aprel 2018 11:36

XİN-in Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycanın Kəlbəcər rayonunun işğalı və aprel döyüşlərinin ildönümü ilə əlaqədar bəyanat yayıb. Məlumata görə, bəyanatda deyilir: "Ermənistanın Azərbaycana qarşı başladığı müharibənin, təcavüz və işğal siyasətinin tərkib hissəsi olaraq 1993-cü il aprelin 2-də Azərbaycanın Kəlbəcər rayonu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsi xaricində yerləşən Kəlbəcər rayonunun işğalı üçün hücum əməliyyatı əsasən Ermənistan ərazisindən həyata keçirilib və hücumda ağır artilleriya, Mi-24 helikopterləri və hərbi təyyarələrdən istifadə edilib.

Elman Nəsirov: "Aprel döyüşlərindən sonra erməni gənclərin ölkəni kütləvi halda tərk etməsi prosesi daha da gücləndi"

2 Aprel 2018 11:23

2016-cı ilin aprel döyüşləri Azərbaycan Ordusunun dünyanın ən güclü ordularından biri olduğunu beynəlxalq aləmə sübut etdi. Bunu millət vəkili Elman Nəsirov deyib.