Əsəd saraydan qaçıb MÜHARİBƏ hazırlıqlarına başladı - Qırıcılar və helikopterlər HAVAYA QALXDI
13 Aprel 2018 09:56 Siyasətİngiltərə və Amerika mətbuatı Dəməşq rejimin ABŞ-ın hücum etməyəcəyini düşündüyü Rusiyaya aid bazalara qırıcıları və helikopterlərini göndərdiyini iddia edir.
Publika.az xəbər verir ki, paytaxt sakinləri ilə danışan "The Guardian" qəzetinin müxbiri hərbi konvoyların Dəməşqin qərbindəki Livan sərhədinə doğru irəlilədiyini yazıb.
İkinci bir iddia isə Bəşər Əsədin yeri ilə bağlı qaldırılıb. Xəbərə görə, Əsəd prezident sarayını tərk edib Rusiyanın Lazkiyə bölgəsindəki Hmeymim Hərbi Hava Bazasına sığınıb.
ABŞ prezidenti Donald Trampın Ağ Evdə Suriya ilə bağlı təşkil etdiyi toplantıdan yekun qərar çıxmadı. İngiltərədə isə baş nazir Tereza Meyin kabinetindən hərbi əməliyyatlar həyata keçirə bilmək səlahiyyəti aldı. Suriyadakı Əsəd rejimi isə ehtimal olunan hücumlara qarşı qırıcılar və helikopetlərlə hazırlaşmağa başlayıb.