Siyasət
Qərb cəbhəsindəki məğlubiyyətin əvəzin Putin öz qonşularından çıxa bilər
Nazir Misir Ərəb Respublikasının yeni təyin olunmuş səfirini qəbul etdi
Azərbaycan Prezidenti Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb
Prezident İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Prezident İlham Əliyev Mövlud Balakişiyevi “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Mövlud Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Tahir Əmiraslanovu “Şöhrət” ordeni ilə təltif edib
Prezident İlham Əliyev Tahir Əmiraslanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Millət vəkili: "Seçkidən sonra bütün nazirlər istefaya göndəriləcək"
"Seçkidən sonra cənab prezident hökuməti yenidən formalaşdıracaq". Bunu "Yeni Müsavat” qəzetinə müsahibəsində millət vəkili, Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Siyavuş Novruzov deyib.
Beynəlxalq müşahidəçilərin MSK-ya müraciət müddəti başa çatıb
Aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar Azərbaycan Respublikasının bütün ərazisində müşahidə aparılmasına dair ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsi üçün ayrılan müddət başa çatıb.
Politoloq: “Aprel döyüşləri torpaqlarımızı geri qaytarmaq əzmində olduğumuzu göstərdi”
“Əgər birinci Qarabağ döyüşündən sonra bizdə ruh düşkünlüyü vardısa, 2016-cı ilin aprel döyüşləri ruh yüksəkliyi yaratdı”. Bu fikri politoloq Zaur Məmmədov deyib. Politoloq bildirib ki, aprel döyüşləri xalqımızın torpaqlarımızı geri qaytarmaq əzmində olduğunu, gənclərin döyüşə getməyə hazır olduğunu göstərdi: “Güclü ordumuzun köməyi ilə biz torpaqlarımızı işğaldan azad edəcəyik. Aprel hadisələri bunu bir daha göstərmiş oldu”.
“Döyüşlərdən sonra Ermənistan ordusunda korrupsiya faktı aşkarlandı”
2016-cı ilin aprel döyüşləri baş verən ərəfədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində irəliləyiş yox idi və biz gücümüzü ortaya qoyduq. Bir neçə strateji yüksəkliyi işğaldan azad etdik”.
Raket və artilleriya bölmələri təlimlərinin döyüş atışlı mərhələsi icra olunub
Müdafiə nazirinin təsdiq etdiyi 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin və bölmələrinin döyüş vərdişlərinin təkmilləşdirilməsi məqsədilə cəbhə bölgəsində keçirilən təlimlərində döyüş atışları icra olunub.
Demokratiya pərdəsinə bürünənlərin xaos və terror cəhdi
Rusiyanın təcridi Azərbaycanın xeyrinə, yoxsa ziyanınadır?
Müdafiə Nazirliyi: "Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb"
Hazırda Ermənistan tərəfi tam demoralizə edilib, onun hərbi-siyasi strategiyası iflasa uğrayıb. Bunu Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polkovnik Vaqif Dərgahlı aprel döyüşlərinin hərbi nəticələrini şərh edərkən deyib.
Azərbaycan daha bir demokratik seçki örnəyi göstərəcək
Artıq prezident seçkilərinə sayılı günlər qalıb. Aprelin 11-də ölkə vətəndaşları seçici məntəqələrinə gedərək öz layiqli namizədinə səs verəcək, ölkənin sükanını ona həvalə edəcəklər. Bir qayda olaraq seçkilər ərəfəsində istər daxili, istərsə də beynəlxalq təşkilatlar seçki öncəsi ölkədəki mövcud durumu təhlil edir, prezidentliyə namizədlərə yaradılan şəraitlə tanış olurlar. Artıq bir müddətdir ki, Azərbaycanda da belə bir dəyərləndirmə aparılır və seçkiöncəsi vəziyyət dəyərləndirilir. Bir neçə gündür ki, Azərbaycanda səfədə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu da bu məqsədlə ölkəmizdə səfərdədir və başda Prezident İlham Əliyev olmaqla bütün namizədlərlə görüşlər keçirərək seçkiqabağı mühiti dəyərləndirib.
Millət vəkili cəmiyyətə çağırış etdi
Millət vəkili Qənirə Paşayeva Dünya Autizm Günü və ayı ilə bağlı Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi İctimai Birliyi tərəfindən təşkil olunan tədbirdə çıxışında autizmli uşaqlar üçün xüsusi bir dövlət mərkəzinin yaradılmasına ciddi ehtiyac olduğunu bildirib. “Olaylar”ın xəbərinə görə, deputat bildirib ki, belə uşaqların cəmiyyətə daha yaxşı inteqrasiyası üçün həmin mərkəzdə uşaqlar pulsuz, dövlət hesabına peşəkar mütəxəssislər tərəfindən lazımi dəstəyi alarsa, onlarla gözəl balalarımızın gələcəyini xilas edə bilərik.














