Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi hazırlanıb

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub. Məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb. 

Rusiya Dövlət Dumasında ABŞ sanksiyalarına cavab olaraq qanun layihəsi təqdim olunub. Məlumata görə, sənədi spiker Vyaçeslav Volodin və 4 parlament fraksiyasının liderləri hazırlayıb. V. Volodin açıqlamasında bildirib ki, qanun layihəsi ABŞ və onun vəzifəli şəxsləri tərəfindən Rusiya Federasiyası, onun vətəndaşları, hüquqi şəxslərinə qarşı sanksiya, qeyri-konstruktiv fəaliyyətlər, düşməncəsinə ifadələrə cavab olaraq işlənib hazırlanıb. Qanun layihəsi hələlik qanunverici orqanın elektron bazasında qeydiyyatdan keçməyib. İlkin müzakirələrin aprelin 16-da keçiriləcəyi gözlənilir.

Qeyd edək ki, aprelin 6-da ABŞ Maliyyə Nazirliyi rusiyalı top-menecerlərin, biznesmenlərin və məmurların olduğu yeni sanksiya siyahısını açıqlayıb. Apa.az "lenta.ru"-ya istinadən xəbər verir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31