Siyasət
Azərbaycan vətəndaşları İlham Əliyevi dəstəkləyir
Ölkədə seçki həyəcanı getdikcə artır. Seçkilərin təıbliğat-təşviqat mərhələsi çərçivəsində prezidentliyə namizədlər öz platformalarını, ölkənin birinci şəxsi seçiləcəkləri təqdirdə görəcəyi işləri, həyata keçirəcəkləri islahatları xalqa açıqlayaraq cəmiyyətdən səs qazanmağa çalışırlar.
Azərbaycan Xalq Cümhuriyyəti - Şərqdə ilk parlamentli respublika
Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti öz fəaliyyəti ərzində, daha dəqiq 17 aylıq aramsız fəaliyyəti dövründə həyata keçirdiyi müstəqil dövlət quruculuğu təcrübəsi, qəbul etdiyi yüksək səviyyəli qanunvericilik aktları və qərarları ilə Azərbaycan dövlətçiliyi tarixində, xüsusən də parlament mədəniyyəti tarixində dərin və zəngin iz qoymuşdur.
Azərbaycan sahibkarlarının seçimi İlham Əliyev olacaq
Azərbaycan bu gün öz sürətli inkişaf dövrünü yaşayır. Bütün sahələrdə atılan məqsədyönlü addımlar, həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını şərtləndirən başlıca amillərdən birinə çevrilib. Bu bir danılmaz faktdır ki, iqtisadiyyatın inkişafında iş adamları sahibkarlar da mühüm rol oynayırlar. Bir şərtlə ki, onların fəaliyyətinə əlverişli şərait yaradılsın, stimul verilsin. Bu baxımdan Azərbaycanda vəziyyətin ürəkaçan olduğunu söyləyə bilərik. Dövlətin, xüsusilə də dövlət başçısının sahibkarlara göstərdiyi diqqət və qayğı, onların üzləşdiyi problemlərin dərhal həlli istiqamətində atılan adımlar Azərbaycanda uğurla fəaliyyət göstərən sahibkarlar sinfinin formalaşmasına yol açıb. Digər tərəfdən ölkədə yaradılan əlverişli investisiya mühiti də xarici iş adamlarının ölkəmizə sərmayə yatırması üçün müsbət stimul verib.
Siyavuş Novruzovdan həmkarlarına ittiham: “Tərif olanda hamı sıraya düzülür”
“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər Azərbaycana qarşı ciddi şəkildə işlər aparmaqla, qarayaxma kampaniyası aparmaqla məşğuldur. Xaricdə yaşayan bəzi azərbaycamlılar erməni lobbisinin dəstəyi ilə Azərbaycana qarşı iş aparırlar.
Deputat: “Onlar öyrədilmiş, aldadılmış insanlardır”
“Bu gün xaricdən maliyyələşən bəzi şəxslər sosial şəbəkələr vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyası aparmaqla məşğuldur. Hesab edirəm ki, Azərbaycan belə insanlardan imtina etməlidir. Onlar Azərbaycanın adından danışırlarsa inkişafdan, görülən işlərdən danışsınlar”.
BMT Baş Assambleyasının prezidenti Azərbaycana səfər edəcək
Qoşulmama hərəkatı çərçivəsində xarici işlər nazirlərinin aralıq konfransında iştirak etmək üçün Birləşmiş Millətlər Təşkilatı (BMT) Baş Assambleyasının 72-ci sessiyasının prezidenti Miroslav Lajçak Azərbaycana səfər edəcək. BMT-nin Bakı ofisinin İnformasiya Departamentindən “OLAYLAR”-a bildirilib ki, qonaq “Dayanıqlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda keçirilən konfransın açılış sessiyasında çıxış edəcək.
KİV: "Rusiya “İsgəndər” taktiki raket kompleksləri alması üçün Ermənistana faizsiz kredit verəcək"
Rəsmi Moskva Rusiyadan növbəti partiya silahlar alması üçün Ermənistana üçüncü dəfə kredit verməyi planlaşdırır.
“Orduya müxalifətçilk Vətənə müxalifətçiliyə bərabərdir”
“Erməni puluna satılmış rusiyalı deputat Konstantin Zatulin Ermənistanda yaranmıış anti-Rusiya ovqatını bir az yumşaltmaq üçün bildirib ki, Rusiyadan Azərbaycana satılan silahlar o qədər də mofidikasiyalı deyil”.
XİN-dən Qoşulmama Hərəkatının bəyanatı ilə bağlı açıqlama
"Qoşulmama hərəkatının bəyanatlarında Ermənistan-Azərbyacan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar xüsusi bir bənd və müddəa var”. “Olaylar” xəbər verir ki, xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.
Yeni hökumətdə olmayacaq üç vəzifəli məmurun adları – SİYAHI
Cəbhədən son xəbər
“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə,Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 95 dəfə pozub.
Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
Prezident seçkilərini izləmək üçün 871 beynəlxalq müşahidəçi Mərkəzi Seçki Komissiyasında (MSK) akkreditasiyadan keçib. Onlar 58 beynəlxalq təşkilatı təmsil etməklə 59 ölkənin vətəndaşlarıdır.











.jpg)

