Siyasət

Fransa azərbaycanlıları antimilli qüvvələrə etiraz edir

3 Aprel 2018 18:14

Avropadakı bəzi azərbaycanlı mühacirlərin sosial şəbəkələrdəki çıxışlarında Azərbaycan iqtidarına qarşı təhqiramiz ifadələr işlətməsi yolverilməzdir. Bunu Paris Azərbaycan Evinin rəhbəri Mirvari Fətəliyeva deyib.

Ukrayna azərbaycanlıları:"Bəzi soydaşlarımız fərqində deyillər ki..."

3 Aprel 2018 17:35

Ukraynadakı soydaşlarımız adından bəyanatla çıxış edən Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresi Avropa ölkələrinə mühacirət etmiş bəzi azərbaycanlıların ölkəmizin imicinə xələl gətirmək cəhdlərini pisləyiblər.

"Azərbaycanda seçki prosesi dünyada nümunə ola biləcək səviyyədə keçirilir"

3 Aprel 2018 16:52

“Azərbaycanda seçki prosesi dünyada nümunə ola biləcək səviyyədə keçirilir”.  Bu barədə sechki-2018.az saytına açıqlamasında Milli Məclisin aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov bildirib.

Azərbaycanda prezident seçkilərini Qazaxıstandan 49 nəfər müşahidə edəcək

3 Aprel 2018 15:44

Qazaxıstanın Mərkəzi Seçki Komissiyası Azərbaycanda keçiriləcək prezident seçkilərinə 49 müşahidəçi göndərəcək. Bu barədə qərar Qazaxıstan MSK-nın iclasında qəbul edilib.

“Bir nəfər mənə göstərsin ki, bu iqtidarın xeyrini görməyib”

3 Aprel 2018 15:12

Milli Məclisin aprelin 3-də keçirilən plenar iclasında cari məsələlər üçün ayrılan vaxt ərzində millət vəkilləri müxtəlif məsələlərdən danışıblar. Millət vəkili, Vəhdət partiyasının sədri Tahir Kərimli müxalifəti tənqid edib: “Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var.

“Aprel hadisələri Ermənistanda olan böhranı dərinləşdirdi”

3 Aprel 2018 14:58

"2016-cı ilin aprel hadisələri xalqımızda qürur hissi yaratdı, Ermənistanda olan böhranı isə dərinləşdirdi”. Bu fikri  Milli Məclisin deputatı Musa Qasımlı deyib. O qeyd edib ki, aprel döyüşləri müstəqillik dövrü hərb tariximizin parlaq səhifələrindən biridir: “Bu səhifəni qəhrəman ordumuzun əsgər və zabitləri yazdılar. Göstərdilər ki, qısa müddət ərzində işğalçını Vətən torpaqlarından süpürüb ata bilərik”.

“Xarici ölkələrin birindən sığınacaq alıb Azərbaycanı tərk edəcəm” – Hafiz Hacıyev

3 Aprel 2018 14:55

“Dövlətçiliyimiz üçün o qədər əziyyətlər çəkirəm ki, amma sonda bunun faydasının olmadığını görəndə özümə nifrət edirəm. Bundan əlavə, millətimizin dərdinə şərik ola bilməyəndən sonra, həqiqətən də, özümə nifrət edirəm. Camaatın dövlətdən narazı qalmasını görəndə, düşünürəm ki, niyə biz millətimizə qarşı bu qədər ögeyik? Niyə biz biganəyik? Yaxşı, bəs, məmur təbəqəsi hara baxır? Bu baxımdan mən həyatımdan, özümdən narazıyam və həyatıma nifrət edirəm. Çünki, belə olmamalı idi. Azərbaycan vətəndaşı dövləti ilə, vətəni ilə daha da qürur duymalı idi. Çox təəssüf ki, bu gün bütün görüşlərdə xalqın ah-naləsini eşidəndə çox pis oluram”.

Tahir Kərimli Milli Məclisdə müxalifəti pislədi

3 Aprel 2018 14:44

“Burada mənim o vaxtki hakimiyyət yoldaşlarımdan var. Mən o vaxtki iqtidara da, bugünkü müxalifətə də həmişə müxalif olmuşam. Başqa cür olmuşamsa kimsə desin. Heç kim deyə bilməz ki, nə vaxtsa qanundan, əxlaqdan kənar söz söyləmişəm”.“Olaylar”ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxış edən deputat, Vəhdət partiyasının sədri Tahir Kərimli deyib.

Ermənistan cəmiyyəti təlaşda

3 Aprel 2018 14:40

Son günlər Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər Ermənistanda ciddi təşvişə səbəb olub. İşğalçı ölkə Azərbaycan qarşısında hərbi üstünlüyünü artırmaq məqsədilə yeni axtarışlara çıxıb. Və təbii ki, bu dəfə də Ermənistanın pənahına Rusiya gəlib. Yayılan məlumatlara görə, Rusiya yenidən Ermənistana hərbi yardım etmək barədə düşünür.

Kim Çen In Bakıya gələ bilər

3 Aprel 2018 14:08

Şimali Koreyalı nazir Ri Yon-honun Bakıya, daha sonra Rusiyaya səfəri, həmçinin ölkə rəhbəri Kim Çen Inın keçən həftə baş tutan Çin ziyarəti bu ölkənin digər ölkələrdən dəstək əldə etmək arzusu ilə bağlıdır.

“Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib

3 Aprel 2018 13:57

2018-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun hərbi hissələri üzrə “Ən yaxşı snayper” adı uğrunda yarış keçirilib. “OLAYLAR” Müdafiə Nazirliyinə istinadən xəbər verir ki. sərrast atıcılıq qabiliyyətinə malik snayper-hərbi qulluqçuların müəyyən edilməsi məqsədilə təşkil olunan yarış Müdafiə Nazirliyinin xüsusi təchiz edilmiş təlim meydançasında keçirilib. Hərbi qulluqçuların təchizatı yoxlanıldıqdan sonra onlar əvvəlcədən hazırlanmış atəş mövqelərini tutub və normativləri icra ediblər.

İblislə işbirliyinə gedənlər

3 Aprel 2018 13:54

Radikal müxalifət partiyaları və dairələri Azərbaycan dövlətinin, millətinin maraqlarına dair məsələlərdə pozucu mövqedən çıxış edir, öz ənənəsinə sadiq qalaraq yenə antiazərbaycançı mövqe nümayiş etdirirlər.

Əli Hüseynli: “Bəzi insanlar azərbaycançılıq təfəkküründən uzaqdırlar”

3 Aprel 2018 13:48

“Ölkə prezidentinin, Azərbaycan hakimiyyətinin ünvanına səslənən təhqirlərin xalqa ünvanlandığını hamı bilməlidir”. “Olaylar” xəbər verir ki, bunu parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Milli Məclisin plünar iclasında deyib:“Bu məsələdə həmrəy olmalıyıq.