Siyasət
Ramiz Mehdiyev prezident seçkilərində səs verib
Türkiyədən ABŞ-Rusiya qarşıdurmasına QƏRİBƏ REAKSİYA: Küçə lotuları kimi...
ABŞ və Rusiya arasında baş qaldıran Suriya böhranı ilə bağlı Türkiyənin baş naziri Binəli Yıldırımdan maraqlı açıqlama gəlib.
Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərindən yazır
Ukrayna və Belarus mediası Azərbaycanda keçirilən prezident seçkilərini diqqət mərkəzində saxlayır. Sechki-2018.az saytının xəbərinə görə, Belarusun BELTA Dövlət İnformasiya Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ətraflı məlumat yayıb. Agentlik yazır ki, səsvermə üçün 5 min 641 seçki məntəqəsi təşkil olunub. Ölkədə 5 milyon 314 min 365 səsvermə hüququ olan vətəndaş var.
İspaniyada yaşayan ən yaşlı Azərbaycan vətəndaşı ilk səs verənlər sırasında olub
Azərbaycanın İspaniyadakı səfirliyində yaradılmış seçki məntəqəsində səsvermə seçici fəallığı ilə davam edir. Sechki-2018.az saytının xbərinə görə, səfirliyin binasında yerləşən 17 saylı Yasamal üçüncü seçki dairəsinin 34 saylı məntəqəsində seçicilərin sərbəst şəkildə səs vermələri üçün lazımi şərait yaradılıb. İspaniyada yaşayan ən yaşlı vətəndaşımız - 87 yaşlı Gülbacı Axundova ilk səs verənlərdən biri olub.
İstanbulda seçkilərdə yüksək fəallıq müşahidə edilib
İstanbulda Azərbaycanın Baş Konsulluğunda da soydaşlarımız səs veriblər. Müşahidəçilər İstanbulda yaşayan soydaşlarımız arasında yüksək fəallıq müşahidə ediblər.
“Euronews” Azərbaycandakı prezident seçkiləri ilə bağlı reportaj verib
Saat 17:00-dək respublika üzrə seçici fəallığı 69,93 faiz təşkil edib
Türkiyə MSK sədri: "Seçkilər zamanı bütün demokratik prinsiplərə əməl edilib"
Azərbaycanda seçkilər çox şəffaf keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri Türkiyə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Sədi Güven deyib.
İrlandiyalı müşahidəçi: "Azərbaycanda prezident seçkiləri beynəlxalq standartlara uyğun keçirilir"
Təxminən 10-12 seçki məntəqəsində müşahidə aparmışıq. İndiyə qədər müşahidə apardığımız məntəqələrdə seçkilərin beynəlxalq standartlara uyğun keçdiyinin şahidi olduq. Bu fikirləri sechki-2018.az saytına açıqlamasında İrlandiyadan olan beynəlxalq müşahidəçi Lundi Cerard Oliver bildirib.
Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib
51 saylı Qusar seçki dairəsində seçicilərin 63 faizdən çoxu səs verib. Dairə seçki komissiyasının sədri Cəlil İbrahimovun sechki-2018.az saytına verdiyi məlumata görə, saat 15:00-dək dairə üzrə ümumilikdə 29 min 579 nəfər seçici səsvermə hüququndan istifadə edib. O bildirib ki, dairədə seçicilərin ümumi sayı 46 600 nəfərdir.
Bakı Metropoliteninin işçilərinin seçkilərdə iştirakı üçün şərait yaradılıb
Bakı Metropoliteninin səhər növbəsində çalışan işçilərinin səs verməsi üçün şərait yaradılıb.
MSK: "Seçkilərin demokratikliyinə və şəffaflığına kölgə salmaq istəyən bəzi qüvvələr uydurma məlumatlar yayır"
“Azərbaycan Respublikası Prezidentinin seçkilərində səsvermə prosesi seçki subyektlərinin və seçicilərin azad davranışı şəraitində və ümumən qanunvericiliyin tələblərinə uyğun keçir”. “Olaylar” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının yaydığı məlumatda bildirilir.
Özbək deputat: "Azərbaycanda seçkilər açıq və demokratik keçir"
Azərbaycanda prezident seçkilərində seçicilərin böyük fəallığı müşahidə olunur. Bunu Özbəkistan parlamentinin deputatı Nilufər Səidəhmədova deyib. N.Səidəhmədova qeyd edib ki, ölkədə seçkilər açıq və demokratik keçir. Deputat həmçinin şəhər haqqında təəssüratlarını bölüşüb: "Biz artıq üçüncü gündür ki, Bakıdayıq. Sizin şəhəriniz və ölkəniz çox gözəldir”.
Belçikalı müşahidəçi: "Seçki məntəqələrində uzun növbələr müşahidə olunur"
Şəhərdəki seçki məntəqələrində uzun növbələr müşahidə olunur. Növbədə dayananların çoxu qadınlar idi. Sechki-2018.az saytının xəbərinə görə, bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən belçikalı müşahidəçi Melo Entoni Con deyib.














