Siyasət
Moldovada yaşayan Azərbaycan vətəndaşlarının 70 faizdən çoxu səsvermədə iştirak edib
Yerli vaxtla saat 17:00-a olan məlumata görə, Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Moldovadakı səfirliyində keçirilən səsvermədə həmvətənlərimizin 70 faizdən çoxu iştirak edib. Azərbaycanın Rumıniyadakı səfirliyinin əməkdaşları da Moldovadakı səfirliyimizdə səs veriblər.
Ukraynada səsvermədə fəallıq 85 faizdən yuxarıdır
Yerli vaxtla saat 17:00-a olan məlumata görə, ölkəmizin Ukraynadakı səfirliyinin konsulluğunda qeydiyyatda olan Azərbaycan vətəndaşlarının 85 faizdən çoxu səsvermədə iştirak edib.
Fransada yaradılan seçki məntəqəsində səsvermənin şəffaf keçirilməsi üçün hər cür şərait mövcuddur
Aprelin 11-də keçirilən Prezidenti seçkiləri ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sabitliyi və inkişafı baxımından bu seçkilər çox vacibdir. Bu fikri səfir Rəhman Mustafayev jurnalistlərə müsahibəsində bildirib.
Berlində azərbaycanlıların həmrəylik aksiyası keçirilib
Almaniyada yaşayan soydaşlarımız bu gün Berlində, Azərbaycan səfirliyi qarşısında həmrəylik aksiyası keçirib. Məlumata görə, Berlin Azərbaycan Evinin təşkilatçılığı, Avropa Azərbaycanlıları Konqresi, Alman-Azərbaycan Mədəniyyət Mərkəzi, Maqdeburq Alman Azərbaycan Cəmiyyətinin dəstəyi ilə baş tutan aksiyada 200 nəfərdən çox soydaşımız iştirak edib.
“Associated Press" Azərbaycanda prezident seçkiləri barədə material verib
“Associated Press" Agentliyi Azərbaycanda prezident seçkiləri ilə bağlı yazı dərc edib. Məlumata görə, fotosessiya ilə verilmiş məqalədə bildirilir ki, hazırkı prezident İlham Əliyev atası kimi stabilliyin təminatçısı qoruyucu rolunda çıxışı edir və bu, 1991-ci ildə Sovet İttifaqının dağılması ilə yaranan xaos və çaxnaşmalara dair xatirələri hələ təzə olan xalq tərəfindən razılıq və rəğbətlə qarşılanır.
Prezident Administrasiyasının rəhbəri: "Azərbaycan son 15 ildə sürətlə inkişaf edib"
"Azərbaycan son 15 ildə sürətlə inkişaf edib, böyük nailiyyətlər əldə edib". Məlumata görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev bildirib.
Ramiz Mehdiyev: “Azərbaycanda cinayət törədənlər xaricdə qarayaxma kampaniyalarında iştirak edirlər"
"Təəssüflər olsun ki, Azərbaycanda böyük cinayət törədənlər sonra xaricə gedib qarayaxma kampaniyalarında iştirak edirlər". Məlumata görə, bunu bu gün Prezident Administrasiyasının rəhbəriRamiz Mehdiyev bildirib. R. Mehdiyev deyib ki, belə insanlar yüksək mədəniyyətə malik olmadığı üçün bu yola əl atırlar: "Belə halları çox pis qiymətləndirirəm".
İordaniyanın “Petra” agentliyi Azərbaycanda keçirilən prezident seçkilərindən yazıb
Aprelin 11-də İordaniyanın “Petra” Dövlət Xəbərlər Agentliyi Azərbaycan Respublikası Prezidenti seçkilərinə dair geniş məlumat dərc edib.
Fransada yaşayan soydaşlarımız səsvermə prosesində fəallıq göstərirlər
Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ölkəmiz, xalqımız üçün böyük əhəmiyyət kəsb edir. Azərbaycanın sabitliyi və inkişafı baxımından bu seçkilər çox vacibdir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri səfir Rəhman Mustafayev jurnalistlərə müsahibəsində bildirib.
Polad Bülbüloğlu: "Azərbaycan xalqı doğru seçim edəcək"
Azərbaycan xalqı bu gün keçirilən prezident seçkilərində doğru seçim edəcək. Məlumata görə, bunu Moskvadakı seçki məntəqəsində Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu deyib.
Azərbaycanın bir sıra diplomatik nümayəndəliklərində səsvermə başa çatıb
Saat fərqinə uyğun olaraq, Azərbaycanın Qırğızıstandakı səfirliyi, Qazaxıstandakı səfirliyi, Aktaudakı baş konsulluğu, Almatıdakı diplomatik ofisi və Yekaterinburqdakı baş konsulluğunda yaradılmış seçki məntəqələrində səsvermə başa çatıb.
Diplomatik nümayəndəliklərdə yüksək seçici fəallığı müşahidə olunub
"Saat fərqinə uyğun olaraq, Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı səfirliyində yaradılmış seçki məntəqəsində keçirilən səsvermə başa çatıb". Bunu XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.
Azərbaycandan dünyaya demokratik və şəffaf seçki nümunəsi
Azərbaycanda növbəti dəfə prezident seçkiləri keçirilir. Müstəqil Azərbaycanın tarixində 8-ci dəfə keçirilən prezident seçkilərində elə 8 nəfər prezidentliyə namizəd mübarizə aparır. Ölkənin bir nömrəli postu uğrunda gedən mübarizəyə hakimiyyət namizədi ilə yanaşı müxalifət partiyalarının namizədləri də qoşulub.
Qırğızıstandakı səfirliyimizdə səsvermə davam edir
Aprelin 11-də keçirilən Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə bağlı ölkəmizin Qırğızıstandakı səfirliyində yaradılan 16 saylı Yasamal ikinci seçki dairəsinin tərkibindəki 33 saylı seçki məntəqəsi yerli vaxtla saat 08:00-da fəaliyyətə başlayıb. Sechki-2018.az saytının xəbərinə görə, bu ölkədə yaşayan və işləyən Azərbaycan vətəndaşları saat 19:00-a qədər səfirliyə gəlib səsvermədə iştirak edə biləcəklər. Məntəqədə sərbəst şəkildə səsvermə üçün hər şərait yaradılıb.














