Ankarada prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib

Ankarada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyev arasında təkbətək görüş başa çatıb. Məlumata görə, bunun ardınca prezidentlərin iştirakı ilə Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçirilib. İclasın sonunda iki ölkə arasında bır sıra sənədlər imzalanıb. Prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

Qeyd edək ki, bu, İlham Əliyevin yenidən Azərbaycan prezidenti seçilməsindən sonra ilk xarici rəsmi səfəridir. Apa.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31