Ərdoğan: "İnşallah, 24 iyunda seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm”
“Azərbaycan prezidenti İham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə edib. Buna görə ona təşəkkür edirəm”. Məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib ƏrdoğanAzərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
25 Aprel 2018 15:59 Siyasət"Azərbaycan prezidenti İham Əliyev prezident seçildikdən sonra ilk rəsmi səfəri Türkiyəyə edib. Buna görə ona təşəkkür edirəm". Məlumata görə, bunu bu gün Türkiyə prezidentiRəcəb Tayyib Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.
R. T. Ərdoğan deyib ki, Azərbaycan İlham Əliyevin rəhbərliyi ilə inkişafa davam edəcək: "Azərbaycanla bütün sahələrdə birgə əməkdaşlığa davam edəcəyik. Mən də prezident seçildikdən sonra ilk dəfə Azərbaycana səfər etmişdim. İnşallah, 24 iyunda keçiriləcək seçkilərdən sonra prezident kimi ilk xarici səfərimi Azərbaycana edəcəyəm". Apa.az