Markov: Sarkisyan sülhsevər olduğu üçün istefa vermədi...

Serj Sarkisyan istefa verdi. Amerikasayağı erməni “Maydan”ı qazandı. Bunu rusiyalı  politoloq Sergey Markov Sarkisyanın istefası ilə bağlı bildirib.

Serj Sarkisyan istefa verdi. Amerikasayağı erməni "Maydan"ı qazandı. Bunu rusiyalı  politoloq Sergey Markov Sarkisyanın istefası ilə bağlı bildirib.

O deyib ki, yenə də amerikalılar cəmiyyətlə fəal şəkildə işləyir və Ukraynada olduğu kimi qazanırlar: "Rusiya isə rəislərə və oliqarxlara inanır. Və onlar asanlıqla xəyanət edirlər. Ermənistandakı uğursuzluğun məsuliyyətini kim  daşıyacaq? Ukraynadakı uğursuzluğun məsuliyyətini kim daşıdı?".

Politoloq daha sonra qeyd edib: "Sarkisyan o qədər sülhsevər olduğu üçün istefa vermədi. Müxalifətin lideri Nikol Paşinyan həbsdən azad edildikdən və hərbçilərin müxalifətə qoşulmağa başlamasından sonra o, istefya getdi". 1news.az 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31