"Bu gün Ermənistanda ən yaxşı halda 2 milyon insan yaşayır"- "Deutsche Welle"
"Sarqsyan Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistanda hakimiyyəti ələ almış qrupun bir mənsubudur. Hakimiyyətə gəldikləri vaxtdan bəri kiçik bir qrup oliqarxla siyasi və iqtisadi iqtidarı ələ alaraq xalqı talan edib varlandılar" - bu fikirlər "Deutsche Welle"nin yazarı Miodrag Soricə məxsusdur.
25 Aprel 2018 15:32 Siyasət"Sarqsyan Dağlıq Qarabağ müharibəsindən sonra Ermənistanda hakimiyyəti ələ almış qrupun bir mənsubudur. Hakimiyyətə gəldikləri vaxtdan bəri kiçik bir qrup oliqarxla siyasi və iqtisadi iqtidarı ələ alaraq xalqı talan edib varlandılar" - bu fikirlər "Deutsche Welle"nin yazarı Miodrag Soricə məxsusdur.
Müəllif qeyd edir ki, bu gün Ermənistanda ərzaq məhsullarının qiyməti çox yüksəkdir. Heç kim ölkə iqtisadiyyatına sərmayə qoymur: "Xalq uzun illər bu olaylara etiraz etsə də, nəhayət küçələrə axışdılar. Ermənistanın sözdə 3 milyon əhalisi var. Ancaq ölkəni gəzərkən bu rəqəmin ən yaxşı halda 2 milyon olduğu üzə çıxır. Bir çox kəndlər tamamilə boşdur". Müəllifin qənaətincə, Vaşinqtnda artıq bir çox strateqlər Ermənistanın yeni hökumətinin xarici siyasət kursunun xəyalını qurmağa başlayıblar. Ancaq yaxın gələcək üçün Rusiyanın Ermənistanda qoruyucu güc olaraq qalacağı aşkardır. Hafta.az