İsrail səfiri Quba Soyqrımı Memorial Kompleksini ziyarət etdi
25 Aprel 2018 14:44 Siyasətİsrailin Azərbaycandakı səfiri Dan Stav və səfirliyin əməkdaşları Quba rayonuna səfər ediblər.
D. Stav Quba rayon İH başçısı Ziyəddin Əliyev ilə görüşüb. O, yəhudi icmasının rayonda digər icmalarla sülh və harmonik birgəyaşayışından və əməkdaşlığından məmnunluğunu ifadə edib.
Səfir sonra Qırmızı Qəsəbəyə gedərək yəhudi icmasının nümayəndələri ilə görüşüb.
D. Stav Quba Soyqırımı Memorial Kompleksini ziyarət edib və fəxri qonaqlar üçün kitabda öz qeydlərini yazıb.
Səfir bildirib ki, şimal bölgəsinə səfəri çərçivəsində Quba ilə yanaşı, Qusar rayonunda da olub və sabah Xudat şəhərinə səfər etməyi planlaşdırır. O, səfərdə əsas məqsədinin ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, həmçinin iqtisadiyyat, təhsil, informasiya texnologiyaları sahəsində əlaqələrin inkişafı olduğunu deyib.
Apa.az