Komitə sədrliyinə namizədlər bəlli oldu

Azərbaycan Milli Məclisinin hökumətdə təyinat alan deputatlarının qanunverici orqanın komitələrində boş qalan yerlərinə namizədlər irəli sürülüb."Olaylar"ın məlumatına görə, MM-in mayın 1-də keçiriləcək iclasında Gənclər və idman komitəsində boşalan yerlərə deputatlar Azər Badamovun və Eldəniz Səlimovun namizədliyi irəli sürülüb. Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad MuradovDiasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31