Sarkisyan tutulub Azərbaycana gətirilə bilər

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə başlanıb. Ermənistanda xunta rejiminin başında duran Serj Sarkisyanın etiraz aksiyaları səbəbindən baş nazir vəzifəsindən istefa verməsi bir sıra məsələlərin yenidən gündəmə gəlməsinə səbəb olub.

Bunun üçün hüquqi prosedurlar mövcuddur

Aprelin 23-də Ermənistanın baş naziri Serj Sarkisyan istefa verib. S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyaları aprelin 13-dən Yerevanda müxalif deputat Nikol Paşinyanın rəhbərliyi ilə başlanıb. Ermənistanda xunta rejiminin başında duran Serj Sarkisyanın etiraz aksiyaları səbəbindən baş nazir vəzifəsindən istefa verməsi bir sıra məsələlərin yenidən gündəmə gəlməsinə səbəb olub. Belə ki, Azərbaycanda Sarkisyan daha çox Xocalı soyqırımının qatili kimi tanınır və onun özü də britaniyalı jurnalist Tomas de Valla müsahibəsi zamanı bu soyqırımda əsas təşkilatçı kimi iştirak etdiyini təsdiq edib. Sarkisyanın Ermənistan hakimiyyət olimpindən biabırçı istefasından sonra Xocalı qatili kimi cəzalandırılması məsələsi gündəmə gəlir. Artıq qatilin toxunulmazlıq statusu yoxdur və məntiqlə onun barəsində beynəlxalq axtarış verilə, Azərbaycan torpaqlarında etdiyi cinayətlərə görə cəzalandırıla bilər.Nəzərə almaq lazımdır ki, tarix müharibə canilərinin, günahsız insanların qanına əli bulaşmış cinayətkarların heç vaxt cəzasız qalmadığını göstərir.


"Polisə Dəstək" İctimai Birliyinin sədri Şəmsəddin Əliyev bildirib ki, Ermənistanın keçmiş prezidenti və keçmiş baş naziri Serj Sarkisyanı Azərbaycanda, xüsusilə, Xocalıda törətdiyi cinayətlərə görə cəzalandırmaq mümkündür: "Xocalı soyqırımı təkcə azərbaycanlıların deyil, eləcə də müasir dünyada bütün hüquqi demokratik dövlətlərin qətliamıdır. Həm beynəlxalq cinayət hüquqna görə, həm də Azərbaycan Respublikasının qüvvədə olan cinayət qanunvericiliyinə görə, Xocalı qətliamının törədilməsində iştirak edən şəxslər məsuliyyət daşımalıdır. Artıq bunun üçün məqam yetişib. Xocalı soyqırımında birbaşa iştirakı təsdiq olunmuş Sery Sarkisyanın məsuliyyətə cəlb olunması üçün də imkan yaranıb. Bu baxımdan təcili şəkildə beynəlxalq məhkəməyə müraciət edilməlidir. Ən azından hüquqi prosedur kimi Haaqa Məhkəməsi timsalında beynəlxalq məhkəmə qurulmalı, Sarkisyan və onun ətrafı Xocalı qətliamına görə cavab verməlidir. Artıq bununla bağlı beynəlxalq president də mövcuddur".

Onun sözlərinə görə, beynəlxalq cinayətlər, xüsusən qətliamlar törədən şəxslər ömürlük həbs cəzasına məhkum olunmalıdır: "Eyni zamanda, dövlətlərin də məsuliyyət məsələsi gündəmə gətirilməlidir ki, bu, digər dövlətlərə də göz olsun. Nə qədər ki, dövlət dövlətə qarşı müharibə siyasətinə, soyqırıma, vandalizmə görə məsuliyyət daşımır, təzminat ödəməyir, belə hallar digər dövlətlər üçün də çığır açmış olur. Bu baxımdan hərbi tribunal yaradılaraq soyqırımın havadarları məsuliyyyətə cəlb olunsa, digər dövlətlər üçün də qırmızı işıq yanacaq. Bu baxımdan hesab edirəm ki, Sarkisyanın Xocalı soyqırımına görə beynəlxalq məhkəməyə verilməsi mümkün və vacibdir. Bunun üçün kifayət qədər hüquqi prosedurlar və təkzibolunmaz faktlar mövcuddur". Onun sözlərinə görə, Sarkisyanın beynəlxalq məhkəməyə verilərək məsuliyyətə cəlb edilməsi mümkün bir haldır. Lakin bu məqsədlə kompleks şəkildə iş aparılmalıdır. Belə ki, hüquq müdafiəçiləri, Baş Prokurorluq, eləcə də millət vəkilləri bu istiqamətdə fəaliyyətlərini artırmalıdır: "İlk növbədə Sarkisyanın məsuliyyətə cəlb edilməsi üçün siyasi mühit formalaşdırılmalıdır. Xüsusən, Azərbaycanı dəstəkləyən dövlətlər, beynəlxalq təşkilatlarda ölkəmizin mövqeyini müdafə etməlidir. Nəzərə almaq lazımdır ki, beynəlxaq hərbi cinayətlə bağlı hərbçi və hərbçi olmayan məfhumları var. Əgər hərbçilər müharibədə insanları öldürüblərsə onu soyqırım saymaq mümkün deyil. Ancaq, qeyri-hərbçi dinc insanları kütləvi şəkildə qətlə yetirisə, bu, soyqırım hesab olunur. Xocalı qətliamı da biləvasitə azərbaycanlılara qarşı törədilmiş soyqırımdır. Çünki bu hadisədə məqsəd azərbaycanlıların kökünü qismən bə ya tamamilə kəsmək olub. Bu baxımdan Sarkisyanın məsuliyyətə cəlb edilməsində israrlı olsaq nəticə əldə dtmmək mümkün olar. İstəyə nail olmaq üçün təkcə beynəlxalq məhkəməyə müraciət etmək kifayət deyil. Çünki, müraciətə baxılmasının da bir həddi var. Ona görə, müraciətlər ardıcıl olmalı, beynəlxalq mötəbər tribunaların imkanlarından yararlanaraq siyasi şərait yaradılmalıdır. Azərbaycan tərəfində olan sübutlar BMT Təhlükəsizlik Şurasının üzvü olan bütün dövlətlərə, Avropa Şurasına təqdim edilməli, məsələ beynəlxalq aləmdə ictimailəşdirilməlidir. Diqqətə çatdırılmalıdır ki, Xocalı qətliamının törədilməsində məhz Sarkisyan birbaşa iştirak edib. Hesab edirəm ki, bu kimi addımların atılmması ilə Azərbaycan tərəfinin müraciəti mütləq mənada nəticə verəcək".

Hüquqi prosedurlar etimal etməyə əsas verir ki, Sarkisyanın tutularaq Azərbaycana gətirilməsi mümkün haldır. Bu baxımdan Azərbaycan tərəfi ciddi cəhd göstərməlidir ki, üçüncü dövlətlərdə Sarkisyanın həbsini reallaşdıra bilsin. Artıq bununla bağlı Aleksandr Lapşin və Hüseyn Abdullayev presidenti mövcuddur. Yəni, Sarkisyanın həbsi üçüncü ölkələrin vasitəsilə reallaşa bilər. Ancaq bunun üçün bır sıra beynəlxalq prosedurları həyata keçirməlidir. Bunun üçün Sarkisyan barəsində axtarış elan olunmalı, onun ittiham olunduğu sənədlər rəsmən İnterpola təqdim edilməlidir. Bundan sonra Sarkisyan axtarışda olan şəxs kimi qiymətləndirilir. Yalnız bundan sonra üçüncü ölkələr vasitəsilə onun saxlanılmasına cəhdlər olunur. Özü də bu məsələdə söhbət təkcə Sarkisyandan yox, Xocalı faciəsinin törədilməsində iştirak edən bütün komandadan gedir. Çünki, onların hamısı Qarabağda Azərbaycana qarşı vuruşub, mülki əhaliyə divan tutublar. Bu səbədən Sarkisyan, Köçəryan və digər şəxslər Qarabağ faciəsi, ən azı Xocalı soyqırımına görə məsuliyyət daşıyır.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31