Ermənistan siyasi və iqtisadi böhran vəziyyətində
Ermənistanda daxili siyasi gərginlik davam etməkdədir. Serj Sərkisyanın kütləvi etirazlar nəticəsində məcburiyyət qarşısında qalaraq baş nazir postundan istefa verməsindən sonra işğalçı ölkədə hökumətə kimin rəhbərlik edəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. İnqilabın baş qəhrəmanı ali təhsili olmaması səbəbindən bu postu tuta bilməsə də, lakin iddiasından da geri çəkilmir. Hər halda onun “Əgər xalq tələb edərsə baş nazir olaraq” fikri belə deməyə əsas verir.
25 Aprel 2018 15:50 Siyasətİşğalçı ölkənin taleyi necə olacaq?
Ermənistanda daxili siyasi gərginlik davam etməkdədir. Serj Sərkisyanın kütləvi etirazlar nəticəsində məcburiyyət qarşısında qalaraq baş nazir postundan istefa verməsindən sonra işğalçı ölkədə hökumətə kimin rəhbərlik edəcəyi barədə müxtəlif fikirlər səsləndirilir. İnqilabın baş qəhrəmanı ali təhsili olmaması səbəbindən bu postu tuta bilməsə də, lakin iddiasından da geri çəkilmir. Hər halda onun "Əgər xalq tələb edərsə baş nazir olaraq" fikri belə deməyə əsas verir.
Ermənistanda baş verənlər Azərbaycanda da diqqətlə izlənilir və bundan sonra cərəyan edəcək proseslər barədə siyasi şərhçilər tərəfindən müxtəlif yanaşmalar ortaya qoyulur. "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu hesab edir ki, kimin vəzifəyə gəlməsindən asılı olmayaraq Ermənistanda Rusiya təsiri əvvəlki kimi qalacaq: "Serj Sərkisyan üzərində qələbə çalan Nikol Paşinyanın bugünkü mətbuat konfransında suallara verdiyi cavablardan gəlinən nəticələri sıralamağa çalışaq. Birincisi, Ermənistanın yeni hakimiyyəti Rusiya ilə müttəfiqlikdən qopmayacaq. Bu heç gözlənilmirdi də. İkincisi, yeni hakimiyyət Rusiya hərbi bazalarından imtina etməyəcək, Ermənistan Moskvanın baş rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, o cümlədən Avrasiya İqtisadi İttifaqından çıxmayacaq. Üçüncüsü, yeni hakimiyyət əvvəlkitək Rusiya hərbçilərinin Türkiyə və İran sərhəddini qorumasında maraqlıdır. Dördüncüsü, Paşinyan Rusiya ilə dostluqdan danışarkən İranın adını daha çox çəkib və bu dövləti ölkəsi üçün strateji əhəmiyyət kəsb etdiyini dönə-dönə vurğulayıb. İrandakı rejim Paşinyanın bu sözlərdən sevincə qərq olmalıdır. Maraqlıdır ki, Paşinyana Qarabağla bağlı ya sual verilməyib, ya da o bu haqda hələ danışmağa tələsmir". Politoloq deyib ki, ilk baxışdan Paşinyanın xarici siyasətlə bağlı fikirlərinin hakimiyyətdən qovduğu Serj Sərkisyanın xarici siyasətindən fərqi yoxdur: "Ancaq Paşinyandan fərqli fikir gözləmək də əbəsdir. O Rusiyaya meydan oxuyası deyil ki və ya "Dağlıq Qarabağ Azərbaycana məxsusdur, işğal etdiyimiz torpaqları sahibinə qaytarmalıyıq" açıqlamasını da verməz, Ermənistanda bunu dilə gətirə biləcək siyasətçi yoxdur. Ancaq önəmli olan açıqlamalar deyil, gedişatdır. Məsələn bir tərəfdən "Rusiya bizə qardaşdır" deyib, o biri tərəfdən strateji müttəfiqi ilə həll olunası məsələlərin var olduğuna işarə edib. Paşinyan üzərinə böyük yük götürüb, bu yükü daşımaq ona çətin olacaq. Bu yük Serj Sərkisyana belə ağır gəldi və elə ona görə də istefa vermək məcburiyyətində qaldı". Elxan Şahinoğlu hesab edir ki, Ermənistanda maraqlı hadisələr hələ irəlidədir: "Nikol Paşinyan Serj Sərkisyanı istefaya məcbur etdi. Ancaq bu hələ birinci mərhələnin sonudur. Paşinyan hakim Respublika Partiyasını və onun nümayəndəsi Karen Karapetyanı da tarixin arxivinə göndərmək istəyir. Bu isə asan deyil. Çünki Karen Karapetyan və illərdir hakimiyyətdə möhkəmlənən və bundan siyasi və iqtisadi dividentlər əldə edən böyük qruplaşma asanlıqla təslim olmaq istəmir. Karapetyan Paşinyanın ultimatumunu qəbul etmir. Bu isə o deməkdir ki, Ermənistanda məxməri inqilab davam edəcək. Paşinyan da bunda israrlıdır. Bizi işğalçı dövlətdə növbəti gərgin mərhələləri seyr etməliyik". Politoloq ABŞ Dövlət Departamentindən Ermənistandakı hadisələrlə bağlı açıqlamasına da diqqət çəkib. Bildirib ki, Departamentin rəsmisi Hezer Hauert Ermənistanda tərəfləri konstuktiv dialoqa çağırıb: "Amerikalı rəsminin sonrakı cümləsi diqqəti cəlb edir: "Ermənistanda sülh yolu ilə hakimiyyətin ötürülməsi Ermənistan Konstitusiyasına əsaslanmalıdır və biz Ermənistanın yeni hökuməti ilə dialoqa açığıq". Bu cümlənin qayəsi sonuncu hissədədir. Vaşinqton Ermənistanda hələ yeni hökumət qurulmadan köhnə-yeni hökuməti aşırmağa çalışan yeni qüvvələrin legitimliyini dəstəkləyib. Halbuki, Nikol Paşinyanın hələ heç bir vəzifəsi yoxdur və o Sərkisyanın ardınca onun yerində oturan Karen Karapetyanı da istefaya məcbur etmək istəyir. Vaşinqton bəyanatıyla Paşinyana ilk dəstəyini vermiş oldu".
Politoloq deyir ki, Ermənistandakı proseslər Ukraynadakı Maydan hadisələrini xatırladır: "Ukraynalı diplomat dostumla Ermənistandakı vəziyyəti müzakirə edərkən dilimdən istər-istəməz "Ermənistanda qan tökülməsə də Ukraynadakı olaylara bənzəməyə başlayacaq" fikrini səsləndirdim. Ancaq həqiqətən Ukraynada olduğu kimi Ermənistanda da küçə hakimiyyəti formalaşmağa başlayır. Məsələn Paşinyan deyib ki, Karen Karapetyan istefa verməsə insanları meydanlara səsləyəcək. Yəni Paşinyan meydanın gücünə alışdı və ondan hələ bir müddət istifadə edəcək. Başqaları da belə edəcək. Kim küçəyə çox tərəfdar toplayacaqsa o da hakimiyyətə daha çox iddialı olacaq".
Politoloq Məhəmməd Əsədullazadə isə bildirib ki, Ermənistanda etiraz aksiyalarına rəhbərlik edən "Yelk" blokunun rəhbəri müxalif depudat Nikol Paşinyan idarə edilir və Kremlin şərtlətindən kənara çıxa bilməz: "Hazırda Sərkisyanın rəhbərlik etdiyi Respublikaçılar Partiyası parlamentdə səs çoxluğuna malikdir və faktiki hakimiyyətdədir. Siyasi proseslərin idarə edilməsi artıq Kremldən həyata keçirilir. Qeyd edim ki, etiraz aksiyalarına rəhbərlik edən Nikol Paşinyan fiqurdu və etirazın arxasında daha güclü qüvvələr var. Armen Sərkisyan birmənalı şəkildə Qərbin adamı sayılsa da Moskvanın xəttindən kənara çıxa bilməyəcək.
Əgər, ölkədə növbədənkənar parlament seçkiləri keçirilsə, Qagiq Trasukyanın rəhbərlik etdiyi partiya və Yelk bloku ilə birgə koalisiya hökuməti yaradıla bilər. Ölkənin baş naziri Karen Karapetyanın olmasını Kreml gündəmdə saxlayacaq. Nikol Paşinyanın baş nazir olması isə gözlənilmir". Məhəmməd Əsədullazadə hesab edir ki, Serj Sərkisyanın istefası ilə müharibə partiyasının hakimiyyətinə son qoyuldu: "Bundan sonra Ermənistanda formalaşan hakimiyyətin Qarabağ münaqişəsində radikal mövqe tutması gözlənilmir. Amma, bu kompromis də sayıla bilməz. Hər halda erməni hakmiyyəti dialoqa açıq olacaq. Bundan sonrada Qarabağla bağlı ssenari Moskvadan idarə olunacaq. Rəsmi Bakı bu məsələdə Moskva ilə danışıqlar aparmalıdır. Qeyd edim ki, Rusiya xarici kəşfiyyatının rəhbəri Sergey Narışkinin ölkəmizə səfəri yerinə düşür. Moskvaya daha aydın mesajlar vermək və bu məsələdə daha konkret və müsbət irəlləyişlərə səbəb olacaq danışıqların aparılmasını təklif etmək lazımdır".
Məhəmməd