Siyasət
İnanıram ki, Azərbaycan xalqı ən yaxşı seçimini edəcək
Bu gün getdiyim seçki məntəqələrinin hamısında səsvermə prosesi normal davam edir. Hər hansı nöqsan müşahidə olunmayıb.
Səməd Seyidov: "Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb"
Dağlıq Qarabağ məsələsi beynəlxalq təşkilatlarda heç vaxt müzakirədən çıxarılmayıb. Bunu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.
Yerlərdə seçici fəallığı müşahidə edilir
Respublikanın bütün bölgələrində olduğu kimi şimal zonasında da seçicilərin səsvermə prosesində fəallığı müşahidə edilib. Yeni Azərbaycan Partiyasından olan müşahidəçi Aygün Osmanova “OLAYLAR”-a deyib ki, seçkiləri müşahidə etdiyi Xaçmaz rayonunda da əhalinin seçkilərə marağı yüksək olub.
ŞƏT-in təmsilçisi: "Əminəm ki, səsvermə uğurlu keçəcək"
Həmkarlarımla birgə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) müşahidəçi missiyasının tərkibində prezident seçkilərini izləyirəm. Səhər tezdən 44 saylı Sumqayıt–Xızı seçki dairəsinin 1 saylı seçki məntəqəsində səsvermə prosesinə başlanmasını müşahidə etdim. Deyə bilərəm ki, səsvermə çox yüksək səviyyədə təşkil olunub.
Seçkilərlə əlaqədar Çində səsvermə 70 faiz seçici fəallığı ilə başa çatıb
Azərbaycan Prezidentinin seçkiləri ilə əlaqədar Çindəki səfirliyimizdə yaradılan seçki məntəqəsi üzrə yerli vaxtla saat 19:00-da səsverməyə yekun vurulub.
Saat 15:00-də ən yüksək seçici fəallığı 14 saylı Xəzər seçki dairəsində olub
Bu gün Azərbaycanda keçirilən prezident seçkilərində seçici fəallığının ən yüksək və ən aşağı olduğu seçki dairələri bəlli olub. Sechki-2018.az saytının xəbərinə görə, məlumatına görə, saat 15:00-a olan məlumata əsasən seçici fəallığının ən yüksək olduğu dairə 14 saylı Xəzər seçki dairəsidir.
Türkiyəli deputatlar: Seçkilər yüksək səviyyədə təşkil edilib
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə təşkil edilib. Hər şey qaydasında davam edir, indiyədək heç bir problemlə rastlaşmamışıq. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri Türkiyə Böyük Millət Məclisinin Ədalət və İnkişaf Partiyasından olan deputatı Necdet Ünüvar deyib.
Simulik Valerijus: "Seçki prosesi qanunvericiliyə uyğun həyata keçirilir"
Seçkidən əvvəl və səsvermə günü apardığımız müşahidələr seçki prosesinin qanunvericiliyə uyğun şəkildə təşkil edildiyini deməyə əsas verir. Bu barədə sechki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini izləyən Baltik Assambleyasının Litvadan olan təmsilçisi Simulik Valerijus deyib.
“Exit-poll” tədqiqatında seçicilərin fəallığı artır
19 saylı Nərimanov birinci seçki dairəsi dairə seçki komissiyasının 13 saylı seçki məntəqəsində “Els” Müstəqil Araşdırmalar Mərkəzi tərəfindən “exit-poll” tədqiqatı həyata keçirilir.
Moldovalı deputat: "Azərbaycanda bütün yaşda olan seçicilərin səs verməsi üçün şərait yaradılıb"
Hazırda Azərbaycanda prezident seçkilərində heç bir pozuntu qeydə alınmayıb. Bunu Moldova parlamentinin Beynəlxalq münasibətlər komitəsinin sədri Violeta İvanov deyib. O, artıq bir neçə seçki məntəqəsində olduqlarını bildirib: "Baş çəkdiyimiz bütün seçki məntəqələrində yüksək səviyyəli təşkilatçılığı qeyd etmək istərdim. Biz hər hansı pozuntu ilə rastlaşmamışıq. Hər şey çox sakit keçir. Burada həm yaşlı insanlar, həm də gənclər üçün şərait yaradılıb".
AŞPA təmsilçisi: "Vətəndaşlar prezident seçkilərində kifayət qədər fəallıq göstərirlər"
Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik.
Beynəlxalq müşahidəçi: "Hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam"
Beş-altı məntəqədə müşahidə aparmışam. Müşahidələrimə görə, hələlik hər şey qaydasındadır və hər hansı qanun pozuntusu ilə qarşılaşmamışam. Bu sözləri jurnalistlərə açıqlamasında Qubada seçkiləri izləyən Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının üzvü Pociej Aleksander August söyləyib.
Nazir: "Mən Azərbaycan xalqının gələcəyini təmin edə biləcək namizədə səs verdim"
Prezident seçkilərində mən Azərbaycan xalqının gələcəyini təmin edə biləcək namizədə səs verdim. Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov deyib.
"Seçkilərin obyektiv, qərəzsiz işıqlandırılmasını istəyirik”
Seçicilərin rahat səsverməsi üçün hər bir şərait yaradılıb. Bir Azərbaycan vətəndaşı olaraq da seçkilərin obyektiv, qərəzsiz işıqlandırılmasını istəyirik.
Səməd Seyidov: "Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir"
Azərbaycanda prezident seçkiləri sakit və müsbət müstəvidə keçir. Bunu Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri, millət vəkili Səməd Seyidov deyib.














