Siyasət
Peter Marçek: "Səsvermə prosesi beynəlxalq normalara ciddi riayət edilməklə keçir"
Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra ictimai-siyasi və sosial-iqtisadi inkişafda sanballı nəticələr qazanıb, beynəlxalq aləmdə öz yerini möhkəmlədib. Prezident seçkiləri bu il ölkənin həyatında əsas hadisədir.
Seçkilərdə peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı insident qeydə alınmayıb - RƏSMİ
Saat 08:00-dan 15:00-dək olan müddətdə Azərbaycanda prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərlə bağlı hər hansı insident qeydə alınmayıb.
Nərimanov rayonunun seçki məntəqələrində fəallıq müşahidə olunur
19 saylı Nərimanov birinci seçki dairəsinin əhatə etdiyi bütün seçki məntəqələrində fəallıq müşahidə olunur.
Ərəb KİV-ləri Azərbaycandakı seçkiləri müşahidə edir
Azərbaycanda prezident seçkiləri yüksək səviyyədə və tam şəffaf keçir. Sechki-2018.az saytının xəbərinə görə, bun fikri IRIS Media (BƏƏ) informasiya agentliyinin icraçı direktoru Camal əl-Macayda deyib.
TÜRKPA missiyası Azərbaycanda seçkiləri müşahidə edir
TÜRKPA beynəlxalq müşahidəçilər missiyası Azərbaycanda keçirilən prezident seçkilərini müşahidəsi edir. Missiyaya Qazaxıstan, Qırğızıstan və Türkiyədən olan millət vəkilləri və TÜRKPA Katibliyinin diplomatik heyəti daxildir.
Saat 15.00-a olan seçici fəallığı - CANLI YAYIM
XİN: "Xaricdəki bəzi internet resursları Azərbaycanda seçkilərin gedişinə xələl gətirmək üçün saxta xəbərlər yayır"
“Azərbaycan xaricində yerləşən, saxta xəbərlər, şər və böhtan yaymaq üzrə ixtisaslaşan bəzi internet resursları və sosial şəbəkə profilləri tərəfindən ölkəmizdə azad, demokratik və ədalətli şəkildə keçirilən prezident seçkilərinin gedişinə xələl gətirmək üçün qərəzli və məqsədyönlü şəkildə saxta xəbərlər yayılır”.
Xocalılı seçicilər respublika üzrə 7 rayonda səs verirlər
Moldovalı müşahidəçi: "Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir"
Səsvermə prosesi seçicilərin fəallığı şəraitində keçir. Səhər tezdən Bakıda seçkilərin başlanmasını izlədik, indi isə Sumqayıtdayıq. Artıq şəhərin 8 seçki məntəqəsində səsverməni müşahidə etmişik. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri Avropa Şurası Parlament Assambleyasının seçki müşahidə missiyasının moldovalı üzvü Valeriu Ghiletchi bildirib.
Yelena Strokova: "Seçkilər yüksək səviyyədə təşkil olunub"
Biz artıq üç məntəqədə olmuşuq, seçki komissiyalarının üzvləri ilə söhbət etmişik. Bu məntəqələrin heç birində hər hansı qayda pozuntusu müşahidə edilməyib. Prezident seçkiləri yüksək səviyyədə təşkil olunub.
MSK-da Avstraliya parlamentinin deputatları ilə görüş keçirilib
Tərtərin 10 seçki məntəqəsində “exit-poll” keçirilir
Prezident seçkiləri ilə əlaqədar Tərtər rayonundakı seçki məntəqələrinin qarşısında “exit-poll” təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, RƏY Monitorinq Mərkəzi 95 saylı seçki dairəsinin 2, 6, 11, 16, 20, 25, 34 və 36 saylı, ELS Müstəqil Araşdırmalar Mərkəzi 3 və 22 saylı, “Vətəndaş Cəmiyyəti Uğrunda” Müstəqil Məsləhət və Yardım Mərkəzi isə 2 və 3 saylı seçki məntəqələrində “exit-poll” keçirir.
Estoniya parlamentinin deputatı: "Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb"
Artıq bir neçə seçki məntəqəsinə baş çəkmişik. Müşahidələrimiz onu deməyə əsas verir ki, Azərbaycan seçkilərə çox yaxşı hazırlaşıb. Seçkilər mütəşəkkil, demokratik və şəffaf şəraitdə keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri 12 saylı Qaradağ-Binəqədi-Yasamal seçki dairəsinin 12 saylı seçki məntəqəsində səsvermə prosesini izləyən Estoniya parlamentinin deputatı Yanus Marrandi deyib.
İvanovkada prezident seçkiləri yüksək səviyyədə təşkil olunub
İvanovka kəndi İsmayıllının iri yaşayış məntəqələrindəndir. 2690 nəfər əhalisi olan kəndin sakinlərinin əksəriyyəti ruslardır. Prezident seçkiləri İvanovkada da yüksək səviyyədə təşkil olunub. Seçki hüququ olan insanlar kənddə fəaliyyət göstərən məntəqəyə gəlir, namizədlər arasında prezident görmək istədikləri şəxsə səs verirlər.














