Tramp Fransa prezidentinin saç kəpəyini təmizlədi – VİDEO
25 Aprel 2018 06:20 SiyasətABŞ lideri Donald Tramp, növbəti dəfə öz hərəkəti ilə sosial şəbəkələrdə geniş müzakirələrə yol açıb.
Oxu.Az RT-yə istinadən xəbər verir ki, Tramp mətbuat konfransında Fransalı həmkarı Emmanuel Makronun kostuyumunun çiyninə yığılan saç kəpəyini təmizləyib.
"Sizin burada olmağınız bizim üçün böyük şərəfdir. Bizim ölkələr arasında xüsusi münasibətlər var. İcazə verin mən bu kəpəyi silim. Gərək hər şey qüsursuz olsun. Onsuzda hər şey qüsursuzdur", - deyə Tramp bildirib.
Makron öz növbəsində onu isti qarşıladığına görə Trampa və Amerika xalqına təşəkkür edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31