Siyasət

“Bu mənim ilk seçkimdi”

11 Aprel 2018 15:02

Bu gün ölkədə prezident seçkiləri keçirildi. Beynəlxalq müşahidəçilərin geniş marağına və diqqətinə səbəb olan seçkilərdə vətəndaşlar son dərəcə fəallıq göstərdilər.

Ramiz Mehdiyevin həyat yoldaşı səs verdi

11 Aprel 2018 14:56

Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin həyat yoldaşı prezident seçkilərində səs verib. Məlumata görə, Qalina Mehdiyeva 29 saylı Səbail Seçki Dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.

Deputatımız Monteneqroda keçiriləcək prezident seçkilərini izləyəcək

11 Aprel 2018 14:54

Milli Məclisin deputatı Fazil Mustafa Monteneqroda keçiriləcək prezident seçkilərini müşahidə etmək üçün aprelin 11-dən 16-dək bu ölkənin baş şəhəri Podqoritsada səfərdə olacaq. MM-dən “Olaylar”a verilən məlumata görə, deputatımız AŞPA-nın müşahidə missiyasının tərkibində səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək.

MSK sədri: "İndiyədək qanun pozuntusu ilə bağlı heç bir şikayət daxil olmayıb"

11 Aprel 2018 14:45

"Səsvermə zamanı qanun pozuntusu ilə bağlı indiyədək heç bir şikayət daxil olmayıb". Bunu MSK sədri Məzahir Pənahov deyib. O bildirib ki, təşviqat lazımi səviyyədə aparıldığı üçün Azərbaycan seçiciləri bu gün fəallıq göstərir. 

Eli Naxt: "Səsvermə prosesi qaydalar çərçivəsində gedirdi"

11 Aprel 2018 14:41

Gənclər Prezident seçkilərində fəal iştirak edirlər. Gənclərin bu fəallığı onların cəmiyyətdəki rolunun yaxşı göstəricisidir. Bu, onların ölkə həyatının demokratikləşməsi prosesinin bir hissəsi olduğunu göstərir. Sechki-2018.az saytının xəbərinə görə, bu sözləri İnsan Hüquqları üzrə Beynəlxalq Komitənin üzvü, vəkil Eli Naxt deyib.

Maksim Kuryaçi: "Seçkilərə hazırlıq yüksək səviyyədə həyata keçirilib"

11 Aprel 2018 14:40

Azərbaycanda mövcud seçki qanunvericiliyinə müvafiq olaraq, seçkilərin demokratik keçirilməsi üçün hər bir şərait yaradılıb. Biz Azərbaycan prezidenti seçkiləri prosesini diqqətlə izləyirik. Seçkilər ərəfəsində biz xeyli insanla görüşüb söhbət etmişik. Bu faktı təsdiq etmək xoşdur ki, qanunun tələblərinə riayət edilməsinin şahidi olduq.

İosif Şaqal: "Seçki məntəqələrində heç bir pozuntuya rast gəlməmişik"

11 Aprel 2018 14:21

Seçkilərdən öncəki günü müşahidə etdim. Heç bir yerdə seçkiqabağı plakatlara rast gəlmədim. Seçkiöncəsi sükut günündə qaydalara tam əməl olundu. İndi səsvermə prosesi də normal qaydada keçir.

15 saylı Yasamal I seçki dairəsinin əhatə etdiyi seçki məntəqələrində səsvermə mütəşəkkil qaydada keçirilir

11 Aprel 2018 14:21

Aprelin 11-də səhər saat 8:00-da Azərbaycanın hər yerində olduğu kimi, 15 saylı Yasamal birinci seçki dairəsi dairə seçki komissiyasının tərkibinə daxil olan seçki məntəqələrində də prezident seçkiləri mütəşəkkil qaydada keçirilir. 

Azərbaycanın Təbrizdəki baş konsulluğunda seçicilərin 30 faizi səs verib

11 Aprel 2018 14:19

İranın Təbriz şəhərində fəaliyyət göstərən Azərbaycanın baş konsulluğunda yaradılmış seçki məntəqəsində səsvermə prosesi davam edir. Sechki-2018.az saytının xəbərinə görə, saat 12:00-dək seçicilərin 30 faizi səs veriblər.

Avstraliyalı parlamentari: "Seçki prosesi çox yüksək səviyyədə təşkil olunub"

11 Aprel 2018 14:07

Seçki prosesi çox yüksək səviyyədə təşkil olunub. Sechki-2018.az saytının xəbərinə görə, bu fikri Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən avstraliyalı parlamentari Robert Keriq Kelly deyib.