Ramiz Mehdiyev: “Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır”

"Dövlət Miqrasiya Xidmətində rüşvətxorluğa son qoyulmalıdır". APA-nın ATV-yə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Prezident Administrasiyasının (PA) rəhbəri, akademik Ramiz Mehdiyev Dövlət Miqrasiya Xidmətinin (DMX) yeni rəisi Vüsal Hüseynovu kollektivə təqdim edən zaman bildirib.

PA rəhbəri Azərbaycan prezidenti İlham Əliyevin DMX-nın fəaliyyətinə müəyyən iradlar tutduğunu bildirib, Xidmətdəki nöqsanların aradan qaldırılmasının vacibliyini vurğulayıb: "Möhtərəm prezident hesab edir ki, Dövlət Miqrasiya Xidmətində təmizlik, aşkarlıq və şəffaflıq olmalıdır. Rüşvətxorluğa son qoyulmalıdır. Dövlət Miqrasiya XidmətiAzərbaycanın qapısıdır. O şəffaf, açıq və təmiz işləməlidir. ƏgərDövlət Miqrasiya Xidməti hörmət qazandırmırsa, belə bir qurum Azərbaycan üçün lazımsızdır".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31