Serj Sarkisyanın anası vəfat etdi
24 Aprel 2018 17:07 SiyasətErmənistanın keçmiş prezidenti və dünən istefa vermiş eks-baş naziri Serj Sarkisyanın anası ölüb.
Bu barədə Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin açıqlama verib.
Məhz aprelin 23-də Serj Sarkisyan baş nazir postundan istefa haqda qərar vermişdi. Zatulin məhz bu faktın da Sarkisyanın istefa verməsində önəmli rol oynadığını bildirib.
Ötən gün ölən Nora Sarkisyanın oğlunun baş nazir postunda qalmasına qarşı olduğu da bildirilir.
Gununsesi.info
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31