Siyasət
Prezident seçkilərində ən aktiv və passiv seçki dairələri
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə (səsvermə başlayan andan-saat 08:00-dan saat 12:00-dək) ən aktiv və passiv seçki dairələri açıqlanıb. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov deyib ki, seçicilərin aktiv olduğu seçki dairəsi 51 saylı Qusar seçki dairəsidir.
Səsvermə prosesi seçici fəallığı ilə müşahidə olunur
Aprelin 11-nə təyin edilmiş prezident seçkilərində saat 8.00-dan səsvermə prosesinə start verildi. Məlumat üçün qeyd edək ki, səsvermə prosesi125 seçki dairəsi üzrə 5641 seçki məntəqəsində keçirilib. Bu məntəqələrdən 5426-sı daimi fəaliyyət göstərir, 215-i Azərbaycanın xarici ölkələrdəki səfirlik, konsulluq və daimi nümayəndəliklərində, hərbi hissələrdə, islah-əmək və sanator-müalicə müəssisələrində, Azərbaycanın bayrağı altında Xəzər dənizində və dünya sularında üzən gəmilərdə yaradılmış məntəqələrdir. Hazırda Azərbaycanda səsvermə hüququ olan vətəndaşların sayı 5 milyon 314 min 365 nəfərdir.
DTX-nin hərbi qulluqçuları seçkilərdə fəal iştirak edirlər
Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbərliyi, əməkdaşları və onların ailə üzvləri, həmçinin Heydər Əliyev adına Akademiyasının zabit və kursantları, hərbi hissəsinin zabit və əsgərləri də Azərbaycan Respublikasının prezidenti seçkilərində yüksək fəallıq nümayiş etdirirlər.
Saat 12:00-dək ən yüksək seçici fəallığı Qusar seçki dairəsində qeydə alınıb
Prezident seçkilərində saat 12:00-dək ən yüksək seçici fəallığı 51 saylı Qusar seçki dairəsində qeydə alınıb. Seçkilərin ilk dörd saatı ərzində dairədə qeydə alınmış seçicilərin 44,58 faizi səsvermədə iştirak edib. Sechki-2018.az saytının xəbərinə görə, Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 12:00-a olan məlumatına görə, dairə üzrə səsvermə hüququ olan 46 min 600 seçicidən 20 min 775-i səs verib.
Mirzə-Uluqbek Abdusalamov: "Seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şərait yaradılıb"
Aprelin 11-də Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) Özbəkistan Mərkəzi Seçki Komissiyasının sədri Mirzə-Uluqbek Abdusalamov ilə görüş keçirilib. Sechki-2018.az saytı xəbər verir ki, Özbəkistan MSK-nın sədri Azərbaycanda prezident seçkilərini müşahidə etdiklərini, səsvermənin şəffaf keçdiyinin şahidi olduqlarını söyləyib. O, seçicilərə sərbəst şəkildə səs vermələri üçün hər cür şəraitin yaradıldığını vurğulayıb.
İndiyədək MSK-nın "Qaynar xətt"inə 11 müraciət daxil olub
Azərbaycanda prezident seçkiləri ilə əlaqədar keçirilən səsvermədə Mərkəzi Seçki Komissiyasının 115 saylı “Qaynar xətti”nə daxil olan müraciətlərin sayı məlum olub. Saat 08:00-dan saat 12:00-dək “Qaynar xətt”ə 11 müraciət daxil olub.
Məntəqə sədri: "Səsvermə prosesi şəffaf şəkildə davam edir"
23 saylı Nəsimi-Səbail seçki dairəsinin 20 saylı seçki məntəqəsində səsvermə prosesi şəffaf şəkildə davam edir.
Beynəlxalq müşahidəçi: “Prezident seçkiləri çox yüksək səviyyədə keçirilir”
Azərbaycanda keçirilən Prezident seçkilərini müşahidə edən irlandiyalı politoloq Cerard Oliver səsvermə ilə bağlı fikirlərini bildirib. Beynəlxalq müşahidəçi seçkilərin şəffaf və demokratik keçirildiyini vurğulayıb: “Səhər saatlarından müxtəlif məntəqələrdə səsverməni izləyirəm.
Arye Qut: "İnanıram ki, seçilən namizəd Azərbaycanın gələcəyi üçün böyük işlər görəcək"
Səhərdən etibarən 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsindəyik.
Azərbaycanın Ər-Riyaddakı səfirliyində səsvermə davam edir
Prezident seçkiləri ilə əlaqədar Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyində yaradılmış məntəqədə səsvermə davam edir.
Saat 12:00-dək Ağdam kənd seçki dairəsində 8 mindən çox seçici səs verib
Gədəbəydəki seçki prosesini ATƏT və MDB-dən olan müşahidəçilər də izləyir
Gədəbəydə prezident seçkilərində səsvermə prosesini yerli müşahidəçilərlə yanaşı, ATƏT və MDB-dən olan müşahidəçilər də izləyir.
Azərbaycanın Londondakı səfirliyində səsvermə başlayıb
Azərbaycanın Böyük Britaniyadakı Səfirliyində prezident seçkiləri ilə əlaqədar səsvermə başlayıb. Sechki-2018.az saytının xəbərinə görə, səsvermə prosesinə yerli vaxtla saat 08:00-da start verilib.
MDB müşahidə missiyasının üzvü: “Seçkilər yüksək səviyyədə təşkil olunub”
MDB-dən olan müşahidəçilər 81 saylı Beyləqan Seçki Dairəsinin tərkibində olan məntəqələrdə müşahidə aparır. Müşahidəçi Marina Jenistova bildirib ki, seçkilər yüksək səviyyədə təşkil olunub: “Seçkilər çox yaxşı, sakit şəkildə keçirilir. İnsanlar seçkilərdə iştirakdan məmnundurlar”.
Alina Russu: "Seçki prosesi mükəmməl təşkil edilib"
Aprelin 11-də Moldovanın Mərkəzi Seçki Komissiyasının sədri Alina Russunun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Mərkəzi Seçki Komissiyasında (MSK) olub.














