Siyasət

İƏT-dən olan müşahidəçi: "Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir"

11 Aprel 2018 13:15

Azərbaycanda prezident seçkiləri dünya standartlarına uyğun və şəffaf keçirilir. Bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Parlament İttifaqının baş katibi Mahmud Erol Kılıç bildirib. O qeyd edib: "Hazırda dünyada bəlli bir seçki sistemi var ki, Azərbaycanda da bu sistem tətbiq olunur". M.E.Kılıç deyib ki, iştirak etdikləri bütün məntəqələrdə seçkilərin şəffaf və demokratik şəkildə keçirilməsinin şahidi olublar: "Seçkilərin Azərbaycan xalqına sevinc və ümid gətirəcəyinə inanırıq. Heç şübhəsiz ki, Azərbaycan xalqı ən doğru və ən düzgün seçimi edəcək".

Özbəkistanda yaşayan Azərbaycan vətəndaşları səsvermədə iştirak edir

11 Aprel 2018 13:13

Aprelin 11-də Azərbaycanın Özbəkistandakı səfirliyində yaradılmış 17 saylı Yasamal üçüncü seçki dairəsinin tərkibindəki 44 saylı seçki məntəqəsində səsvermə başlayıb.

Şahmar Mövsümov: Seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub

11 Aprel 2018 13:11

Azərbaycanda seçkilər həmişə olduğu kimi yüksək səviyyədə təşkil olunub. Bunu 29 saylı Səbail Secki Dairəsinin 5 saylı seçki məntəqəsində səs verən Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov bildirib. Ş.Mövsümov prezident seçkilərində seçicilərin fəal iştirakını qeyd edib: "Hazırda hər kəs seçki məntəqələrinə gələrək azad, sərbəst şəkildə səs verə bilir".

Knessetin deputatı: "Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəldi"

11 Aprel 2018 13:06

Azərbaycan prezident seçkilərinin təşkili kimi vacib məsələnin öhdəsindən yüksək səviyyədə gəlib. Bunu prezidenti seçkilərini müşahidə edən İsrail Knessetinin deputatı Konstantin Yoel Razvozov deyib.

Avropa Parlamentindən müşahidəçi: "Azərbaycanda sərbəst şəkildə səs vermək üçün bütün şərait yaradılıb"

11 Aprel 2018 13:04

Azərbaycan öz vətəndaşlarının sərbəst şəkildə səs verməsinə şərait yaradıb.Bunu Avropa Parlamentindən olan müşahidəçi, Avropa İttifaqı-Azərbaycan parlamentlərarası komissiyasının üzvü Kosma Zlotovski deyib. O, bu gün hələ bir seçki məntəqəsində olduqlarını bildirib: "Biz müşahidə missiyamıza hələ yeni başlamışıq, lakin gördüklərimiz artıq yaxşı təsir bağışlayır. Vətəndaşların sərbəst şəkildə səs verməsi üçün bütün şərait yaradılıb".

Prezident seçkilərində saat 12:00-a olan seçici fəallığı açıqlandı

11 Aprel 2018 12:56

Azərbaycanda prezident seçkilərinin saat 12:00-a olan nəticələri məlum olub. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının (MSK) Seçkilər İnformasiya Mərkəzinin yaydığı xəbərə əsasən, saat 12:00-a olan məlumata görə, prezident seçkilərində respublika üzrə seçicilərin 39,39 faizi, yəni 2 093 343 seçici səs verib.

Mətbuat Şurası: “Qaynar xətt”ə 1 müraciət daxil olub

11 Aprel 2018 12:49

Mətbuat Şurasının prezident seçkilərində jurnalistlərin prosesi işıqlandırmalarının monitorinqi ilə bağlı məlumat yayıb. Şuradan verilən məlumata görə, saat 08.00-dan 12.00-dək  prezident seçkilərində peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə cəmi 1 müraciət daxil olub.

Məntəqə sədri: "Səsvermə yüksək səviyyədə keçir"

11 Aprel 2018 12:38

105 saylı Tovuz rayon seçki dairəsinin 3 saylı məntəqəsində səsvermə yüksək səviyyədə keçir. Bu barədə məntəqə sədri Rizvan Qənbərov sechki-2018.az saytına açıqlamasında deyib. O bildirib ki, məntəqə üzrə 1496 nəfər seçici qeydiyyatdadır və demək olar ki, seçicilərin yarısı artıq səs verib.

Qazaxıstan Parlamenti Məclisinin üzvü: "Seçicilərin fəallığı xüsusi diqqət çəkir"

11 Aprel 2018 12:37

Səsvermə prosesində hər-hansı qanun pozuntusu qeydə almamışıq. Bu barədə secki-2018.az saytına açıqlamasında Azərbaycanda prezident seçkilərini müşahidə edən Qazaxıstan Parlamenti Məclisinin üzvü Məhərrəm Məhərrəmov deyib.

Səfir: "Prezident seçkiləri hər bir ölkə üçün vacib hadisədir"

11 Aprel 2018 12:35

Azərbaycanda Prezident seçkiləri ilə bağlı Rusiyada səsvermə keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, Azərbaycanın Rusiyadakı səfirliyində səfir  Polad Bülbüloğlu və ailəsi səs verib.

Xəzər seçki dairəsi üzrə 9077 nəfər seçici səsvermə hüququndan istifadə edib

11 Aprel 2018 12:33

14 saylı Xəzər seçki dairəsində seçici fəallığı müşahidə olunur. Dairə seçki komissiyasının sədri İmran Qəmbərovun sechki-2018.az saytına verdiyi məlumata görə, dairə üzrə ümumilikdə 9077 nəfər seçici artıq səsvermə hüququndan istifadə edib.

Nilza de Sena: "Ümid edirəm ki, seçkilər insanların iradəsini ifadə edəcək"

11 Aprel 2018 12:33

Biz ümid edirik ki, sakit və dinc şəraitdə seçki günü olacaq. Bu dəqiqə seçki prosesi ilə bağlı çox şərh verə bilməyəcəyik. Sechki-2018.az saytının xəbərinə görə, bunu ATƏT-in ümumi qısamüddətli missiyasının rəhbəri, seçkilər zamanı ATƏT PA və ATƏT DTİHB müşahidəçiləri arasında koordinasiyanı həyata keçirən portuqaliyalı parlamentar, xanım Nilza de Sena deyib.  

İsrailli müşahidəçi: “Proses şəffaf təşkil edilib və bu, məni razı salır”

11 Aprel 2018 12:20

"Azərbaycanda səsvermə prosesi çox yaxşı təşkil edilib".  Bunu prezident seçkilərini müşahidə etmək üçün İsraildən gələn 9 nəfərlik müşahidə missiyasının üzvü Daniel Herişkoviç açıqlamasında deyib. 

Serbiyalı müşahidəçi: “Səsvermə müdaxilə olmadan keçir”

11 Aprel 2018 12:19

“Səhərdən etibarən Xətai rayonu ərazisində bir neçə seçki məntəqəsində olmuşam. Səsvermə kənar şəxslərin müdaxiləsi olmadan yaxşı səviyyədə keçir”. Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Serbiyadan olan müstəqil müşahidəçi Yelena Zariç Kovaçeviç deyib.  

Sergey Lebedev: “Seçici fəallığı müşahidə olunur”

11 Aprel 2018 12:18

“Bizim missiyaya 220 müşahidəçi daxildir. Səhər tezdən bütün regionları gəzmişik. Bakıda şəxsən özüm 10-dan çox seçki məntəqəsində olmuşam. Hər yerdə çox sakit vəziyyət və seçici fəallığı müşahidə olunur, hər şey yüksək səviyyədə təşkil olunub”.