Siyasət
Gürcüstanda Azərbaycan vətəndaşları arasında böyük fəallıq müşahidə olunur
ATƏT PA müşahidə missiyasının rəhbəri: “Missiyamıza 20 üzv ölkədən 50 parlamentar daxildir”
“Missiyamıza 20 üzv ölkədən 50 parlamentar daxildir”. Bunu Azərbaycanda prezident seçkilərini izləyən ATƏT PA müşahidə missiyasının rəhbəri, isveçrəli parlamentar Kiener Nellen deyib.
GUAM baş katibi: "Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb"
"Prezident seçkilərində seçicilərin iradələrinin azad ifadə edilməsi üçün bütün şərtlər yaradılıb". Bunu GUAM - Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilatın baş katibi, qurumun müşahidə missiyasının rəhbəri Altay Əfəndiyev deyib.
İranlı müşahidəçi: "Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir"
"Tam əminliklə söyləyə bilərəm ki, Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir". Bunu İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər Assambleyasının başçısının müavini, iranlı müşahidəçi Muhəmməd Əli Əsgər Məhəmmədi deyib.
Balkan ölkələri missiyasından müşahidəçi: "Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir"
Azərbaycandakı prezident seçkiləri beynəlxalq norma və standartlara uyğun keçir. Bunu Balkan ölkələri missiyasından müşahidəçi Narmina Kapitanoviç deyib. O, missiyanın bir neçə məntəqədə olduqlarını deyib: “Biz şəffaf səsvermə prosesinin şahidi olmuşuq. Məntəqələrin əməkdaşları dəqiq və dürüst iş görüb”.
Politoloq: "Prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir"
Azərbaycanda prezident seçkiləri qanunvericiliyə uyğun şəkildə keçirilir. Məlumata görə, bunu prezident seçkilərində iştirak edən politoloq Rasim Musabəyov deyib. R.Musabəyov qeyd edib ki, seçicilər səsvermədə fəal iştirak edirlər: "Məndə olan məlumata görə, seçkilərdə iştirak edən prezidentliyə namizədlər tərəfindən heç bir şikayət daxil olmayıb. Seçkiləri müşahidə edən qruplar tərəfindən də heç bir ciddi irad səsləndirilməyib".
Cavid Qurbanov səs verməyə nəvələri ilə gəldi
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədriCavid Qurbanov prezident seçkilərində səsvermədə iştirak edib. O, 18 saylı Nərimanov-Nizami Seçki Dairəsinin 15 saylı seçki məntəqəsində səs verib.
Beynəlxalq müşahidəçi: "Prezident seçkiləri şəffaf keçirilir"
"Azərbaycanda prezident seçkiləri şəffaf keçirilir. Ən əsası isə gənclərin seçkidə iştirak etməsi üçün hər bir şərait yaradılıb". Bunu Bolqarıstan parlamentinin deputatı, beynəlxalq müşahidəçi Hamid Hamid deyib. "Azərbaycanda bundan əvvəl 3 dəfə seçkilərdə iştirak etmişəm. Bütün seçkilər ən yüksək şəraitdə keçirilib". H.Hamid qeyd edib ki, bu gün 7 seçki məntəqəsində olub.
Qazaxıstan Senatının üzvü: "Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur"
"Seçki məntəqələrində seçicilər çox fəaldır, pozuntular müşahidə olunmur". Bunu Qazaxıstan Senatının üzvü Muratbay Joldasbayev deyib. O bildirib ki, Qazaxıstan Senatından 701 nəfərdən ibarət nümayəndə heyəti gəlib: "Biz seçicilərin fəallığını görürük. Onların əhval-ruhiyyəsi yüksəkdir. Hər şey sakitdir və bu əsas amildir. Heç bir ajiotaj yoxdur. Qalan məsələləri müzakirə edəcəyik. Hələlik biz bir seçki məntəqəsində olmuşuq və pozuntu görməmişik. İşıqlandırma var. Əlavə girişlər yoxdur - yalnız bir giriş və bir çıxış. Bütün qutular möhürlənib".
Şərur-Sədərək seçki dairəsi üzrə saat 10:00-dək seçicilərin 23,70 faizi səs verib
Hələlik ölkə üzrə ən yüksək seçici fəallığı 1 nömrəli Şərur-Sədərək seçki dairəsində qeydə alınıb. Mərkəzi Seçki Komissiyası Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin saat 10:00-a olan məlumatına görə, dairə üzrə 9175 seçici səsvermə hüququndan istifadə edib. Bu, ümumi seçicilərin 23,70 faizinə bərabərdir. Dairədə 38713 seçici qeydə alınıb, onlar 35 məntəqədə səs verirlər.
Bosniyalı deputat: “Səsvermə zamanı qanun pozuntuları ilə rastlaşmamışıq”
“Səsvermə çox yaxşı və qayda-qanunla davam edir”. Bunu prezident seçkiləri ilə bağlı keçirilən səsvermə prosesini izləyən Bosniya və Herseqovina parlamentinin deputatı Samir Kaplan deyib.
MDB müşahidə missiyasının rəhbəri Sergey Lebedev səsvermə prosesini izləyir
MDB İcraiyyə Komitəsinin sədri, təşkilatın Azərbaycanda keçiriləcək prezident seçkilərini izləyən müşahidə missiyasının rəhbəri Sergey Lebedev səsvermə prosesini izləyir. Məlumata görə, o, 23 saylı Nəsimi-Səbail Seçki Dairəsinin 13 saylı seçki məntəqəsində səsvermənin gedişi ilə tanış olub, prosesi müşahidə edib.
Rouland Skot: "Bu saatadək heç bir qanun pozuntusu qeydə alınmayıb"
Bu saatadək beş seçki məntəqəsində olmuşuq. Hər məntəqədə də 20 dəqiqə monitorinq aparmışıq. Getdiyimiz məntəqələrdə hələ ki, heç bir qanun pozuntusu müşahidə etməmişik.
Britaniya parlamentinin üzvü: "Azərbaycanda seçki prosesi çox yaxşı təşkil olunub"
Azərbaycanda prezident seçkiləri prosesi çox yaxşı təşkil olunub. Bunu britaniyalı müşahidəçi, Böyük Britaniya parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü Devid Morris deyib.














