Corc Buş təcili xəstəxanaya yerləşdirildi
24 Aprel 2018 08:29 SiyasətABŞ-nın sabiq prezidenti böyük Corc Buşun səhhəti qəfildən pisləşib və o, Hyuston şəhərində xəstəxanaya yerləşdirilib.
Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, 93 yaşlı C.Buşun qanında infeksiya aşkarlanıb. Onun intensiv terapiya palatasına yerləşdirildiyi bildirilir.
Böyük Corc Buş 1989-93-cü illərdə ABŞ prezidenti olub.
Qeyd edək ki, ötən həftə C.Buşun həyat yoldaşı Barbara vəfat edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31