Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri təyin edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
23 Aprel 2018 19:31 SiyasətPrezident İlham Əliyev "Azərbaycan Respublikası Nazirlər Kabinetinin yeni tərkibi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 21 aprel tarixli sərəncamına əlavələr edilməsi barədə sərəncam imzalayıb.
Sərəncama əsasən, Muxtar Bahadur oğlu Babayev Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri təyin edilib.
Qeyd edək ki, M.Babayev bundan əvvəl ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri vəzifəsində çalışırdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31