Nazim İbrahimov Rusiyaya səfir göndərilir
24 Aprel 2018 14:01 SiyasətDiasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri Nazim İbrahimov yaxın vaxtlarda Azərbaycanın Rusiyada səfiri təyin olunacaq.
Sözügedən təyinatla bağlı yaxın vaxtlarda ölkə başçısı tərəfindən sərəncamın veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda Azərbaycanın Rusiyadakı səfiri olan Polad Bülbüloğlunun səlahiyyət müddəti bir müddət əvvəl başa çatıb.
Xatırladaq ki, ötən gün prezident İlham Əliyevin sərəncamı ilə Milli Məclisin deputatı Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə sədr təyin olunub. Bundan əvvəl isə Nazim İbrahimov prezidentin digər sərəncamı ilə komitə sədri vəzifəsindən azad edilib.
Sfera.az
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31