Kloppdan Donald Trampa atmaca

"Liverpul"un baş məşqçisi Yurgen Klopp siyasətdən danışıb.

Təcrübəli mütəxəssis jurnalistin "Sizə niyə tez-tez qulaq asırlar" sualına özünəməxsus tərzdə cavab verib. Hətta Klopp ABŞ prezidenti Donald Trampa da söz atıb:

"Bilirsiniz, bunun özü də bir problemdir. Xalq çox vaxt səhv insanlara qulaq asır. Ona görə də dünyada bu cür hadisələr baş verir. Məhz bu səbəbdən Tramp ABŞ-ın prezidenti oldu. Halbuki bu iş üçün daha uyğun insanlar var. Belə bir ölkədə hər şeyin bir seçimlə başa çatması inanılmazdır".

Qeyd edək ki, bir müddət öncə Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı da fikirlərini bildirən Klopp bunun doğru addım olmadığını söyləmişdi.

Qol.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31