Mədəniyyət nazirinin müavinləri vəzifəsini icra edən şəxslər məlum oldu

Azərbaycan mədəniyyət nazirinin müavinləri vəzifəsini müvvəqqəti icra edən şəxslər məlum olub.

Yeni təyinatlar olana qədər nazir müavinləri və digər əməkdaşlar öz vəzifələrini icra edəcəklər.

Vurğulanıb ki, Mədəniyyət Nazirliyi Mədəniyyət və Turizm Nazirliyikimi fəaliyyət göstərdiyi dövrdə nazirin dörd müavini olub. Bunlar nazirin birinci müavini Vaqif Əliyev, nazir müavinləri Ədalət Vəliyev, Nazim Səmədov, Sevda Məmmədəliyevadır. Onlar hazırda vəzifələrini müvəqqəti icra edirlər.

Bundan başqa, nazirliyin digər strukturların rəhbərləri də əvvəlki vəzifələrini müvəqqəti icra edirlər. 

Qeyd edək ki, Prezident İlham Əliyev aprelin 20-də "Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" sərəncam imzalayıb. Sərəncamala Mədəniyyət və Turizm Nazirliyi ləğv olunub, nazirliyin əsasında Mədəniyyət Nazirliyi və Dövlət Turizm Agentliyi yaradılıb.

Dövlət başçısının aprelin 23-də imzaladığı sərəncamla əvvəllər mədəniyyət və turizm naziri vəzifəsini tutan Əbülfəs Qarayev mədəniyyət naziri təyin olunub.

Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31