Prezident İlham Əliyev Ankarada Anıtqəbiri ziyarət edib
Azərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.
25 Aprel 2018 12:15 SiyasətAzərbaycan Prezidenti İlham Əliyev aprelin 25-də Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəyə - Anıtqəbirə gəldi.
Dövlətimizin başçısı böyük Atatürkün məzarını ehtiramla ziyarət etdi.
Prezident İlham Əliyev Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoydu.
Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edildi.
Sonra xatirə şəkilləri çəkdirildi.
Dövlətimizin başçısı Xatirə kitabına ürək sözlərini yazdı.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31