Rasim Musabəyov: “Azərbaycan Ermənistanı çox gözləməyəcək”

“Ermənistanda vəziyyət hələ ki, qeyri-müəyyəndir. Serj Sarkisyan gedib. Ancaq hökumət formalaşmayıb və necə formalaşacağı hələ ki, sual altındadır. Paşinyanın bir tələbi var, Karapetyan ayrı fikirdədir. Kimin fikirlərinin önə keçəcəyi sonra bilinəcək”.

"Ermənistanda vəziyyət hələ ki, qeyri-müəyyəndir. Serj Sarkisyan gedib. Ancaq hökumət formalaşmayıb və necə formalaşacağı hələ ki, sual altındadır. Paşinyanın bir tələbi var, Karapetyan ayrı fikirdədir. Kimin fikirlərinin önə keçəcəyi sonra bilinəcək".

Bu sözləri millət vəkili Rasim Musabəyov Ermənistandakı son vəziyyət və gedişatın Qarabağ danışıqlarına təsiri barədə fikirlərini bölüşərkən deyib. Bildirib ki, yaxın zaman üçün hakimiyyət formalaşması baş tutana qədər orada hakimiyyət boşluğu olacaq: "Ola bilsin ki, bunu bəhanə edərək danışıqlardan yayınacaqlar. Azərbaycanın belə bir vəziyyətə nə qədər səbir göstərəcəyi sual altındadır. Düşünmürəm ki, onlara uzun zaman veriləcək. Ya səlahiyyətli bir nümayəndə ilə danışıqlar davam etdiriləcək, ya da biz danışıqların dayanmasının yay aylarından o tərəfə keçməsini qəbul etməyərək güc tətbiq etməli olacağıq". Azadinform.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31