Siyasət

"Xaricdəki anti-Azərbaycan şəbəkəsi üçün vətən, dövlət, xalq deyil, məhz qrant maraqlıdır" - Deputat

28 Noyabr 2018 18:56

"Xaricdə yaşayan soydaşlarımızın anti-Azərbaycan dairələrin birbaşa nəzarəti altında və maliyyəsi ilə fəaliyyət göstərməsi, sifarişlər yerinə yetirməsi, onların əsas məqsədlərinin qrant almaq olmasını dəfələrlə demişik". Bu sözləri millət vəkili Aqil Abbası söyləyib.

QDİƏT-in Parlament Məclisinə sədrlik Azərbaycana keçdi

28 Noyabr 2018 17:40

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Məclisinə sədrlik Azərbaycana keçdi. Bununla bağlı qərar məclisin İrəvanda keçirilmiş 52-ci sessiyasında qəbul edilib. Beləliklə növbəti – 53-cü sessiya 2019-cu ilin iyununda Bakıda təşkil olunacaq.

“Mühacir ünsürlər xalqa və dövlətə şər əməlləri ilə xəyanət ediblər”

28 Noyabr 2018 16:56

“Avropada yaşayıb Azərbaycanda sosial şəbəkələrdə xalqı çaşdırmağa çalışan və özlərini “xalq təəssübkeşləri" elan edən bu şəxslərin ancaq bir marağı var, o da maliyyə vəsaiti əldə etmək”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

“Avropadakı "mühacirlər"in davası pul davasıdır”

28 Noyabr 2018 16:54

"Mən adlarını siyasi mühacir qoymuş şantajçı ünsürlərin əməllərini izləyirəm. Gəldiyim qənaət ondan ibarətdir ki, Avropadakı mühacirlər arasında qarşıdurma hökm sürür". Bunu Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Gürcüstandakı seçkilər azərbaycanlı seçicilərə nə vəd edir? ŞƏRH

28 Noyabr 2018 16:47

“Gürcüstan bizim üçün önəmli ölkədir. Gürcüstan təkcə qonşumuz deyil, həm də azərbaycanlıların, böyük Azərbaycan diasporunın yaşadığı dövlətdir. Onların taleyi bizim üçün önəmli olduğu bu ölkədə keçirilən prezidenti seçkilərində kimin qalib gələcəyi ölkəmiz üçün əsas məsələlərdən biridir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

TÜRKPA Katibliyinin diplomatik heyәti Cocuq Mәrcanlıda

28 Noyabr 2018 16:36

Baş katib Altınbek Mamayusupov, baş katibin müavinləri Fuad Ələkbərov, Naurız Aydarov və Ali Yıldız, TÜRKPA Komissiyalarının katibləri Emin Həsənov və Kanatbek Kurmanbekovdan ibarət TÜRKPA Katibliyinin diplomatik heyəti Cəbrayıl rayonu Cocuq Mərcanlı kəndinə səfər edib.