İlham Məmmədov Asiya PA-nın sessiyasında iştirak edəcək
28 Noyabr 2018 16:32 SiyasətMilli Məclisin deputatı İlham Məmmədov Asiya Parlament Assambleyasının 11-ci plenar sessiyasında iştirak etmək üçün noyabrın 28-də Türkiyənin İstanbul şəhərinə səfər edəcək. MM-dən "Olaylar"a verilən məlumata görə, tədbirdə "Asiyada iqtisadi inkişafın təbliği" mövzusunda müzakirələr aparılacaq. Sessiya çərçivəsində qurumun İcraedici Şurasının, Siyasi işlər, İqtisadiyyat və davamlı inkişaf, Sosial və mədəni işlər, Büdcə və planlama üzrə komitələrinin iclasları keçiriləcək. Millət vəkili toplantılarda müzakirəyə təqdim edilən məsələlər barədə öz fikirlərini açıqlayacaq, təkliflərini verəcək. Səfər dekabrın 1-də başa çatacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31