“Avropadakı "mühacirlər"in davası pul davasıdır”

"Mən adlarını siyasi mühacir qoymuş şantajçı ünsürlərin əməllərini izləyirəm. Gəldiyim qənaət ondan ibarətdir ki, Avropadakı mühacirlər arasında qarşıdurma hökm sürür". Bunu Vəhdət partiyasının sədri, millət vəkili Tahir Kərimli deyib.

Onun sözlərinə görə, "siyasi mühacirlər" fəaliyyətlərini ancaq söyüş mexanizmi üzərində qurublar: "Yeri gələndə isə bunlar bir-birilərini ittiham edirlər, söyülər, qarşılıqlı olaraq çox pis ifadələrlə təhqir edirlər. Demək olar ki, adları çəkilən şəxslər pul üstündə bir-birini qırırlar. Yəni dava yorğan davasıdır. Beləliklə, adları çəkilən şəxslərin bu cür hərəkətləri onların iç üzünü açır. Həm də, bütün bunlar onu göstərir ki. bunlar sadəcə olaraq, pul qazanmaq və varlanmaqdan ötrü xaricdə yaşamağı seçiblər. Yəni, boş qalan ciblərini doldurmaqdan ötrü hər şeyi edilər və bir-birini satırlar. Məsələn bu şəxslər keçmişdə bir iş görüblərsə və sözləri düz gəlməyəndə həmin işi açıb ortaya qoyurlar. Bununla da bir-birini ifşa edirlər. Artıq hər kəs bunların iç üzünü görür və başa düşülər ki, əslində bunların davası cib davasıdır".

sia

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31