Gürcüstandakı seçkilər azərbaycanlı seçicilərə nə vəd edir? ŞƏRH

“Gürcüstan bizim üçün önəmli ölkədir. Gürcüstan təkcə qonşumuz deyil, həm də azərbaycanlıların, böyük Azərbaycan diasporunın yaşadığı dövlətdir. Onların taleyi bizim üçün önəmli olduğu bu ölkədə keçirilən prezidenti seçkilərində kimin qalib gələcəyi ölkəmiz üçün əsas məsələlərdən biridir”. Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

"Gürcüstan bizim üçün önəmli ölkədir. Gürcüstan təkcə qonşumuz deyil, həm də azərbaycanlıların, böyük Azərbaycan diasporunın yaşadığı dövlətdir. Onların taleyi bizim üçün önəmli olduğu bu ölkədə keçirilən prezidenti seçkilərində kimin qalib gələcəyi ölkəmiz üçün əsas məsələlərdən biridir".

Bu fikirləri politoloq Nəzakət Məmmədova deyib.

Gürcüstanın Azərbaycanın Avropaya açılan qapılarından biri olduğunu deyən politoloq söyləyib ki, buradan ölkəmizə məxsus nəhəng nəqliyyat və kommunikasiya layihələri keçir: "Bu baxımdan bir çox aspektlərdən Gürcüstanda hansı siyasi qüvvənin hakimiyyətə gəlməsi bizim üçün vacib məsələlərdən biridir. Seçkilərin I turunda namizədlərin topladığı səslər arasında elə də böyük fərq olmadı. Onlar cüzi fərqlə seçkilərin II turuna keçdilər. Təbii ki, onların heç biri Seçki Məcəlləsində nəzərdə tutulan 50 faizlik səs baryerini aşa bilmədikləri üçün II tur təyin olundu".

Politoloq söyləyib ki, namizədliyi irəli sürülən hakim Gürcü Arzusu Partiyasının dəstəklədiyi müstəqil namizəd Salome Zurabişvili və Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadzeni güclü və şansı hesab etmək olar: "Hər birinin özünə görə, həm xarici, həm də daxili tərəfdarları var. Zurabişvilinin daha çox Fransa və Rusiyadan dəstəkləndiyini söyləmək mümkündür. Çünki biz bilirik ki, o Fransada mühacir gürcü ailəsində doğulub, sonradan bu ölkənin Gürcüstanda səfiri kimi, daha sonra isə XİN başçısı kimi fəaliyyət göstərib. Onun mövqeləri həm də Rusiya ilə üst-üstə düşür. Vaşadze isə Saakaşvilinin partiyasının namizədidir. Onunda Qərb, daha çox ABŞ tərəfindən dəstəkləndiyini demək mümkündür. Baxmayaraq ki, o sovet dövründə diplomat kimi fəaliyyət göstərib, görünür onun baxışları ABŞ tərəfini qane edir və bu ölkə onu Gürcüstanın dövlət başçısı kimi görmək istəyir".

N. Məmmədova deyib ki, Gürcüstanda Saakaşvili dövrü qızıl dövr kimi xatırlandığından Gürcüstan cəmiyyəti bu partiya tərəfindən irəli sürülən namizədin daha çox şansı var.

Politoloq qeyd edib ki, Qriqol Vaşadzeni Gürcüstanda yaşayan azərbaycanlıları üçün perspektiv vəd edən namizəd hesab etmək olar: "Zurabişvilinin ermənipərəst olması görünür. Bu da onun Fransada yaşamasından və orada fəaliyyət göstərən böyük erməni diasporunun təsirə altında düşməsindən irəli gələ bilər. Azərbaycan əhalisinin səsi orada həll edicidir və hesab edirəm ki, həmyerlilərimizin orada səsverməsi nəticələrə öz təsirini göstərəcək".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31