“Mühacir ünsürlər xalqa və dövlətə şər əməlləri ilə xəyanət ediblər”

“Avropada yaşayıb Azərbaycanda sosial şəbəkələrdə xalqı çaşdırmağa çalışan və özlərini “xalq təəssübkeşləri" elan edən bu şəxslərin ancaq bir marağı var, o da maliyyə vəsaiti əldə etmək”. Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

"Avropada yaşayıb Azərbaycanda sosial şəbəkələrdə xalqı çaşdırmağa çalışan və özlərini "xalq təəssübkeşləri" elan edən bu şəxslərin ancaq bir marağı var, o da maliyyə vəsaiti əldə etmək". Bunu Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü, SİM İB-nin sədri Anar Xəlilov deyib.

Onun sözlərinə görə, orada ki, anti-Azərbaycan qüvvələrdən maliyyələşən bu şəxslərin biz artıq neçənci dəfədir ki, alınan qrantların bölüşdürülməsi prosesində bir-biri ilə qarşılıqlı ittihamlarının və davalarının şahidi oluruq: "Artıq bu ənənəvi hala çevrilib. Bu bir daha onların iç üzünü açır. Artıq hər kəs Avropadakı "söyüş qrupu"na ikrahla yanaşır. Sosial şəbəkələrdə bunların qarayaxma kampaniyasına sərt münasibətlər bildirilib. Dəfələrlə deyirdik ki, onlar aldıqları qrant müqabilində əlaltıya çevriliblər. Ancaq bu ünsürlər hay-həşir salıb, iddia edirdilər ki, biz qrant almırıq, biz işləyirik. Artıq hər şey göz qabağındadır. Həmin insanlar indi bir-birini qarşılıqlı şəkildə qrantları mənimsəməkdə günahlandırırlar. Bu bir daha onların kimə və nəyə xidmət etdiklərini göstərir. Onlar Azərbaycan əleyhinə olan qüvvələrlə belə əməkdaşlıq etməkdən çəkinməyərək çalışırlar ki, maliyyə vəsaiti əldə etsinlər. Bir sözlə, mühacir ünsürlər xalqına və dövlətinə şər əməlləri ilə xəyanət ediblər. Buna görə, onlar mütləq cəzalarını alacaqlar".

SİA

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31