Siyasət

Ermənilər Azərbaycan banklarının adından vətəndaşlara saxta məktublar göndərirlər

12 Oktyabr 2020 15:39

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidməti Ermənistan tərəfindən Azərbaycan banklarının adından e-poçtlar vasitəsilə saxta məktublar göndərildiyini qeydə alıb.

Deputat ABŞ rəsmilərinə müraciət etdi

12 Oktyabr 2020 15:22

 Milli Məclisin deputatı Bəhruz Məhərrəmov Amerikanın Ədliyyə Departameninin rəhbəri, Baş Prokuror Vilyam Bar, ABŞ Konqresinin Təhlükəsizlik komitəsinin sədri Benni Timpsona, Hüquq Komitəsinin sədri Jerold Nadlerə, Maliyyə Xidmətləri Komitəsinin sədri Maksin Vatersə,  Senatın Təhlükəsizlik komitəsinin sədri Ron Jonsona, Hüquq Komitəsinin Sədri Lindsey Qrahama, Xarici Əlaqələr Komitəsinin sədri Jim Risçə, habelə adıçəkilən komitələrin üzvlərinə məktubla müraciət edib.

Ermənistan Azərbaycanın şərtləri ilə barışacaq

12 Oktyabr 2020 15:19

“Ermənistan xarici işlər naziri Z. Mnatsakanyanın Moskva səfərində humanitar atəşkəsdən sonra Rusiya və Ermənistanın atacağı addımlar və bu ölkəyə hərbi yüklərin göndərilməsi məsələləri müzakirə edilir.

BBC-nin müxbiri Gəncə şəhərində - VİDEO

12 Oktyabr 2020 15:08

BBC-nin müxbiri erməni işğalçıları tərəfindən Gəncədə dağıdılan binanın ərazisində olub. 

İlham Əliyev: “Gəncənin raket atəşinə tutulması insanlığa qarşı törədilmiş cinayətdir”

12 Oktyabr 2020 15:07

Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi tətbiq olunandan dərhal sonra Ermənistan öz çirkin əməllərini davam etdirib. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin “Haber Global” televiziyasına müsahibəsində bildirib.

Biz bunu vandallıq və barbarlıq kimi qiymətləndiririk

12 Oktyabr 2020 15:06

“SKAD” raketi ortamənzilli ballistik raketdir və nüvə başlıqlarını da daşıya bilmək iqtidarındadır. Ümumiyyətlə, son dövrlərdə dünyadakı hərbi əməliyyatlara baxsaq görərik ki, 500 mindən artıq sakini olan şəhərə qarşı ballistik və böyük dağıdıcı gücə malik raketin atılması çox nadir hallardan biridir.

Cəbrayılın işğaldan azad olunan Süleymanlı kəndindən - VİDEO

12 Oktyabr 2020 15:06

Cəbrayıl rayonunun işğaldan azad olunan Süleymanlı kəndinin videogörüntüsü yayılıb.

Hər gün hansısa şəhər və ya kənd azad olunur, növbəti günlərdə... - İlham Əliyev ELAN ETDİ

12 Oktyabr 2020 14:54

Müzəffər Azərbaycan Ordusu hər gün yeni hərbi uğurlara imza atır. Hər gün, demək olar ki, hansısa bir şəhər və ya kənd işğaldan azad edilir, yaxud həmin kəndlər nəzarət altına alınır”.

Hərb və informasiya savaşında Azərbaycana uduzan Ermənistan

12 Oktyabr 2020 14:50

Hər iki cəbhədə əldə edilən uğurlar Ali Bş Komandan İlham Əliyevin gərgin fəaliyyəti ilə bağlıdır

Lavrov: Qarabağda atəşin dayandırılması barədə razılaşmalara tam əməl olunmur

12 Oktyabr 2020 14:46

Dağlıq Qarabağda atəşin dayandırılması barədə Moskvada əldə olunmuş razılaşmalara tam əməl olunmur. Trend-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ermənistanlı həmkarı Zoqrab Mnatsakanyanla görüşü zamanı deyib. O bildirib ki, ötən cümə və şənbə günləri azərbaycanlı nazirlə birgə danışıqlar keçirilib: “Prezident Vladimir Putinin təşəbbüsü ilə vacib razışlaşma əldə olunub. Biz görürük ki, bu razılaşmaya hələlik tam şəkildə əməl olunmur və döyüş əməliyyatları davam edir”. Nazir ümidvar olduğunu bildirib ki, Rusiyanın Azərbaycan və Ermənistanla təmasları Dağlıq Qarabağ tənzimlənməsi üzrə Moskvada üçtərəfli formatda şənbə gecəsi əldə olunmuş razılaşmaların tam icrasına xidmət edəcək.

Komitə sədri: “Beynəlxalq təşkilatlar Ermənistanın müharibə cinayəti törətməsinə laqeyd qalmamalıdır”

12 Oktyabr 2020 14:44

 “Azərbaycanla-Ermənistan arasında humanitar əsasda atəşkəs elan olunmasına baxmayaraq Ermənistan tərəfi öz riyakar xislətinə və təcavüzkar mahiyyətinə uyğun olaraq imzalanan razılaşmanın bütün maddələrini kobud şəkildə pozaraq, atəşkəs haqqında razılaşmaya əməl etməyərək Azərbaycanın həm cəbhə boyu rayon və kəndlərini, həm də cəbhədən uzaq məsafədə yerləşən şəhərlərini ağır artilleriya və raket atəşinə tutmaqda davam edir.

Qarabağda təxribatçılıq fəaliyyəti göstərən blogerə cinayət işi açıldı

12 Oktyabr 2020 14:40

Ermənistan Respublikasının işğalçı mahiyyətinin beynəlxalq müstəvidə bir daha ifşa edilməsi, eləcə də ordumuza və dinc əhaliyə qarşı cinayətlər törətmiş təxribatçı erməni birləşmələrinin hərbi qulluqçularının beynəlxalq hüquq normaları çərçivəsində məsuliyyətə cəlb edilmələri üçün Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.