Siyasət

Ceyhun Bayramov Gəncə terroru barədə beynəlxalq təşkilatları məlumatlandırdı

17 Oktyabr 2020 16:06

Bu ilin 17 oktyabr tarixində Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın ikinci böyük şəhəri olan Gəncə şəhərinin növbəti dəfə raket atəşinə tutulması dinc əhalinin, mülki infrastrukturun hədəfə alınması ilə bağlı Xarici İşlər naziri Ceyhun Bayramov beynəlxalq təşkilatların rəhbərləri və xarici dövlətlərdəki həmkarları ilə əlaqə yaradıb.

Prezidentin köməkçisi dünyanın aparıcı KİV-ləri üçün brifinq keçirdi

17 Oktyabr 2020 15:50

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyə və Rusiyada akkreditə olunmuş dünyanın aparıcı xarici KİV nümayəndələrinə (BBC, Nikkei, DPA, Deutsche Welle, Al Arabia, RAI, EFE, Reuters, Financial Times, ANSA, Al Jazeera, NBC, New York Times, NRK və s.) videoformatda mətbuat brifinqi verib.

Deputat: “Biz inanırıq ki, qüdrətli ordumuz öz sözünü axıra qədər deyəcək”

17 Oktyabr 2020 14:39

“Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutmaqla, yenidən Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq məğlubiyyəti həzm etmədiklərini göstərdilər”. Bu sözləri millət vəkili Malik Həsənov dünən gecə Gəncədə baş verən hadisələrdən danışarkən bildirib.

Ermənistana məxsus növbəti taktiki PUA məhv edildi - RƏSMİ

17 Oktyabr 2020 14:28

Oktyabrın 17-i gündüz saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri taktiki pilotsuz uçuş aparatı (PUA) vasitəsilə Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətindəki mövqelərimiz üzərində uçuşlar keçirməyə cəhd göstərib.

Şuşa və Xankəndidə Azərbaycan bayrağının sancılacağı gün uzaqda deyil - Birinci vitse-prezidentin köməkçisi

17 Oktyabr 2020 14:24

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Hindistanın TV9 telekanalının canlı efirində Hindistan ictimaiyyətini Gəncə şəhərinə raket zərbəsi endirmiş Ermənistan rəhbərliyinin növbəti hərbi cinayəti barədə məlumatlandırıb.

Komitə sədri: “Azərbaycan ərazi bütövlüyünü, suverənliyini bərpa edəcək”

17 Oktyabr 2020 14:15

“İndiki hadisə Ermənistanın faşist siyasətinin mahiyyətini və onun iç üzünü göstərir. Bu siyasət insanlığa, onun mənafeylərinə və bəşəriyyət əleyhinə yönəlib.

Deputat: “Biz çox yaxın zamanlarda bayrağımızın Şuşada dalğalanmasını görə biləcəyik”

17 Oktyabr 2020 14:10

 “Gəncə xəbəri bu gün hər kəsdə kədər yaratdı. Bu terror hadisəsi hamımızı məyus etdi. Dünyasını dəyişənlər, yaralanan dinc sakinlər oldu. Digər tərəfdən isə füzulilər üçün bu gün tarixi gündür.