Zəngilanda aşkar edilən sənədlərldən səmərəli istifadə edilməlidir
7 Noyabr 2020 14:26 SiyasətÖzlərini insan hüquq və azadlıqlarının müdafiəçisi kimi göstərməyə cəhd edən beynəlxalq təşkilatların bir milyondan artıq azərbaycanlının fundamental hüquqlarının kobud şəkildə pozulmasına göz yumması, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə ikili standartlarla yanaşması işğalçı ölkənin daha da azğınlaşması ilə nəticələnib. Artıq Ermənistan heç bir beynəlxalq qanuna məhəl qoymadan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşdırma siyasəti aparır. Hüquqşünas Alim Hüseynli qeyd edib ki, ermənilər tarixən başqa ölkələrin ərazisində qeyri-qanuni məskunlaşdırma siyasətinin aparılmasında marağlı olublar. Bu maraq onların milli ideologiyalarına çevrilərək həyat tərzlərinə hopub: "Nəzərə almaq lazımdır ki, ermənilərin heç vaxt dövləti, payatxtı olmayıb ki, konkret coğrafi əraziyə malik olsunlar. Onlar etnik xalq kimi ayrı-ayrı dövlətlərin ərazisinə köçürülüb, sonradan məskunlaşdıqları ərazilərə iddia ediblər. Bu siyasət tarix boyi ermənilərin əsas ideologiyalarından biri olub. Ermənilər Dağlıq Qarabağda da mütəmadi olaraq qanunsuz məskunlaşdırma siyasəti həyata keçiriblər. Əvvəllər Suriyadan etnik ermənilər işğal altnda olan Azərbaycan ərazilərinə köçürülürdü. Sonradan Livandan da belə qanunsuz köçə başlanılıb. Bu köçün təşkilatçısı olan Ermənistanın baş naziri Nikol Paşinyan və onun komandası bununla bütün beynəlxalq humanitar hüquqa qarşı çıxırdı. Həmçinin, bu ərazilərə köçürülən ermənilər arasında terrorçu və muzdluların olmasına şübhə yoxdur. Sirr deyil ki, Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində qeyri-qanuni məskunlaşma siyasəti həyata keçirməsi hər şeydən əvvəl Dağlıq Qarabağda demoqrafik strukturu dəyişdirmək və həmin ərazilərə köçürülmüş insanlardan silahlı muzdlular kimi istifadə etmək məqsədi daşıyır. Çünki heç kimə sirr deyil ki, işğal altındakı ərazilərimizə Suria və Livandan köçürülən ermənilərin əksəriyyəti terrorçu və muzdlulardır. Onları çoxunun Yaxın Şərqdə terrorçi kimi fəaliyyət göstərmələri bardə məlumatlar var. Bu qanunsuz miqrasiyanın sonradan hansı fəsadlara gətirib çıxaracağı hər kəsə bəllidir".
Hüquqşünas qeyd edib ki, Azərbaycan işğal olunmuş ərazilərində Ermənistanın qeyri-qanuni məskinlaşma siyasəti aparması barədə dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib: "Bununla bağlı kifayət qədər faktlar beynəlxalq təşkilatlara təqdim edilib. Çox təəssüf ki, ikili standartların hökm sürdüyü hazırki şəraitdə Azərbaycanın bu müraciətinə də biganə yanaşılıb. ATƏT-in Minsk qrupu da daxil olmaqla ədalət çəfakeşi olan beynəlxalq qurumların gözü qarşısında baş verən qanunsuz miqrasiyanın qarşısının alınması üçün hər hansı bir tədbir görülməyib. Heç vaxt dilə gətirilməyib ki, Ermənistanın qeyri-qanuni məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn və1949-cu il Cenevrə konvensiyalarının tələblərinin kobud surətdə pozulması deməkdir. İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materialların aşkar olunması Azərbaycanın bu istiqamətdəki iddialarını daha da möhkəmləndirir. Odur ki, Azərbaycan bu sənədlərdən Ermənistanın ifşası sahəsində səmərəli istifadə etməlidir".
Onun sölərinə görə, bununla bağlı hüquqi imkanlar mövcuddur. Belə ki, Qanunsuz məskunlaşdırma siyasəti beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Müharibə dövründə mülki əhalinin qorunmasına dair 4-cü Cenevrə konvensiyasına əsasən, işğalçı dövlət öz mülki əhalisini işğal etdiyi əraziyə köçürməməlidir. 1946-cı ildə Əsas Hərbi Cinayətkarların məhkəmə işində Nürnberq Beynəlxalq Hərbi Tribunalı ittiham olunanların ikisini işğal olunmuş ərazilərin "almanlaşdırılması" cəhdində təqsirli olduğu barədə qərar vermişdir. BMT Təhlükəsizlik Şurasının 1992-ci ildə Keçmiş Yuqoslaviya üzrə qəbul etdiyi 752 nömrəli qətnamədə "Keçmiş Yuqoslaviyanın hər yerində, əhalinin etnik tərkibini dəyişdirmə cəhdlərini dayandırmağa" çağırmışdır. Beynəlxalq Cinayət Məhkəməsinin Statutuna əsasən, "İşğalçı dövlət tərəfindən öz mülki əhalisinin bir hissəsini işğal etdiyi əraziyə birbaşa və ya dolayı yolla köçürməsi" müharibə cinayətini təşkil edir. Ermənistanın özünün də qanunvericiliyinə görə də, bu əməllər cinayət hesab olunur. Belə ki, Ermənistanın Cinayət Məcəlləsinin 390-cu maddəsində işğalçı dövlətin işğal olunmuş ərazilərdə əhalini çıxararaq öz əhalisini məskunlaşdırması beynəlxalq humanitar hüququnun ciddi pozuntusu sayılır, və buna görə 8-12 il cəza nəzərdə tutulur.
Xatırladaq ki, işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Həmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.
Zəka
Olaylar.az