Ermənistanın Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddiaları nəyə xidmət edir?
7 Noyabr 2020 12:11 SiyasətSiyasi və diplomatik meydanda olduğu kimi döyüş meydanında da uduzan düşmən xeyli itki verməklə geri çəkilməkdədir. Artıq Ermənistanın hərbi-siyasi rəhbərliyi də etiraf edir ki, işğalçı dövlətin ordusu Azərbaycanla döyüşmək gücündə deyil. Bu arada qeyd edək ki, Ermənistan ordusunda nizamsızlıq hökm sürməkdə davam edir. Heç bir təchizatı olmayan, ərzaq və silah təminatından əziyyət çəkən ordu Azəbaycana qarşı döyüşməkdən imtina edir. Artıq bununla bağlı xeyli sayda faktlar mövcuddur, orduda fərarilik baş alıb gedir, yüksək rütbəli zabitlər döyüşdən imtina edir. Məhz bu səbəbdən Ermənistan rəhbərliyi Qarabağda muzdlu döyüşçülərin cəlb edilməsi prosesini həyata keçirir. Artıq Suriya, Livan, Fransa, Rusiya kimi ölkələrdən könüllü muzdurların Ermənistan tərəfindən döyüşməsi barədə kifayət qədər videomateriallar mövcuddur. Sirr deyil ki, PKK və Yaxın Şərqdən bəzi terrorçular qondarma "Dağlıq Qarabağ ordusu"na qoşulublar. Bu günə kimi 22 PKK/YPQ yaraqlısının məhv edildiyinə dair məlumat var. Bundan başqa, xarici KİV-lərdə ayrı-ayrı ölkələrdə yaşayan və həmin ölkələrin vəttəndaşları olan ermənilərin Qarabağa vuruşmağa getdiyinə dair çoxsaylı materiallar var. Məlumata görə, həmin video materiallar beynəlxalq təşkilatlara təqdim edilsə də hələlik heç bir ciddi reaksiya verilməyib. Buna baxmayaraq, hətta böyük vəsait hesabına xarisdən Qarabağa gətirilən muzdlu döyüşçülər Azərbaycan Ordusunun qarşısında duruş gətirməyərək silahı ataraq mövqelərini tərk edirlər. Məlumata görə, döyüş meydanından qaçan muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina edirlər. Məhz bu səbəbdən Ermənistanda qadın, uşaq, qoca və hətta polis işçiləri döyüşə cəlb edilir. Başqa sözlə, hazırda Ermənistan rəhbərliyi mülki vətəndaşlarını, hətta qadın və uşaqları, məktəbliləri zorla Qarabağa döyüşə göndərir. Etiraf edilməlidir ki, Ermənistanda ordudan yayınma hallarının baş verməsi bir daha işğalçı ölkənin ordusunda ruh düşkünlüyünün olmasını açıq-aydın göstərir.
Lakin cəbhədə canlı qüvvə və hərbi texnika sarıdan ölümcül zərbə alan Ermənistanın hakim dairələri öz məğlubiyyətlərini pərdələmək üçün ölkəmizə qarşı şər-böhtan kampaniyası aparır. Təəssüflər olsun ki, bəzi xarici ölkələrin rəhbərləri də ermənilərin bu yalan kampaniyasını dəstəkləyən fikirlər səsləndiriblər. Belə bir halda Ermənistanın Azərbaycan tərəfində muzdluların döyüşməsi barədə uydurma iddiaları ölkəmizə qarşı siyasi hücum təəssüratı yaradır. İnkaredilməz faktlarla sübut olunub ki, əcnəbi vətəndaşlar bu gün də Ermənistan tərəfindən döyüşlərə cəlb edilib. Sadə məntiq deməyə əsas verir ki, əgər əcnəbi vətəndaş bir ölkə tərəfindən digər ölkəyə qarşı döyüşürsə, deməli o, muzdlu döyüşçüdür. Lakin bütün sadalanlara baxmayaraq işğalçılıq siyasətindən əl çəkməyən Ermənistan ötən müddət ərzində mövcud status-kvonu saxlamaq üçün müxtəlif yollara baş vurub və Azərbaycana qarşı müxtəlif təxribatlar törədib. Düşmən ölkənin sentyabrın 27-dən həyata keçirdiyi növbəti genişmiqyaslı hərbi təxribat isə onu acı məğlubiyyətlə üz-üzə qoyub. Azərbaycan Ordusunun bu təxribatlara cavab olaraq bağladığı əks-hücum əməliyyatları nəticəsində bu günədək 4 şəhər və 200-ə yaxın yaşayış məntəqəsi işğaldan azad edilib. Qələbə Bizimdir! Qarabağ Azərbaycandır!
Alim
Olaylar.az