Siyasət

Prezident İlham Əliyev: Əminəm ki, erməni xalqı da öz cinayətkar xunta rejimi başçılarını məsuliyyətə cəlb edəcək

17 Oktyabr 2020 13:56

Azərbaycan xalqını təhqir etmək Ermənistan rəhbərliyinə çox baha başa gəlir. Ermənistan əhalisi, nəhayət, bu kriminal rejimin başçılarını məsuliyyətə cəlb etməlidir. Artıq Ermənistanda hərbi komissarlıqlarda mitinqlər təşkil edilir, analar yolları kəsir, qoymurlar ki, uşaqları getsin başqa ölkənin torpağında ölsün.

Düşmənin xeyli sayda canlı qüvvəsi məhv edilib - VİDEO

17 Oktyabr 2020 13:22

Ermənistan silahlı qüvvələrinin xeyli sayda canlı qüvvəsi dəqiq atəşlə məhv edilib.

Ermənistanın hərbi-siyasi rəhbərliyi törətdiyi hərbi cinayətlərə görə cavab verəcək

17 Oktyabr 2020 12:56

Təcavüzkar dövlət olan Ermənistan ölkəmizə qarşı terror aktını davam etdirməkdədir. Ermənistan silahlı qüvvələri tərəfindən işğal altında olan Dağlıq Qarabağa heç bir aidiyyati olmayan şəhər və rayonların raket atəşinə məruz qoyulması bu ölkənin dövlət səviyyəsində terror aktını həyata keçirməsini təsdiq edir.

Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanır

17 Oktyabr 2020 12:51

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev diplomatik korpus nümayəndələri və hərbi attaşelərlə Gəncəyə yollanır.

Biz Füzuliyə qayıdacağıq, bütün kəndləri yenidən quracağıq - Prezident

17 Oktyabr 2020 12:39

Biz Füzuliyə qayıdacağıq, biz bütün kəndləri yenidən quracağıq, abadlaşdıracağıq. O kəndlərə həyat qayıdacaq. Necə ki, vaxtılə Ulu Öndərin rəhbərliyi ilə Azərbaycan Ordusu Füzuli rayonunun 22 kəndini işğaldan azad edib, o cümlədən Horadiz qəsəbəsini. İndi baxın, görün necə gözəl məkandır. Horadiz qəsəbəsi çox abad, müasir şəhərə çevrilib.

Prezident İlham Əliyev: Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir

17 Oktyabr 2020 12:29

Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kəndlərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun aşağıdakı yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoçəhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!

Düşmənə məxsus Su-25 təyyarəsi məhv edilib

17 Oktyabr 2020 12:22

Oktyabrın 17-də saat 11:11 radələrində Cəbrayıl rayonu istiqamətində bölmələrimizin mövqelərinə hava zərbələri endirməyə cəhd edən Ermənistan silahlı qüvvələrinə məxsus 1 ədəd Su-25 təyyarəsi Hava Hücumundan Müdafiə bölmələrimizin dəqiq atəşi ilə məhv edilib.

Erməni təxribatı nəticəsində ümumən ölənlərin sayı 60-a çatdı - Prokurorluq

17 Oktyabr 2020 12:18

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb.

İlham Əliyev Ermənistanın məhv edilən hərbi texnikasının siyahısını açıqladı

17 Oktyabr 2020 12:13

“Sentyabrın 27-dən bu günə qədər düşmənin məhv edilən və qənimət olaraq götürülən hərbi texnikanın qiyməti azı 2 milyard dollar dəyərindədir. Ermənistanın büdcəsi də göz qabağındadır, bu büdcə ilə kasıb, yoxsul ölkədə bu qədər silah, texnika hardandır?

Nazirlik xəbərdarlıq etdi: Düşmənin növbəti təhlükəli təxribatı

17 Oktyabr 2020 12:12

Cəbhədə məğlubiyyətə düçar olan Ermənistan tərəfi kibermühitdə uğursuz təxribatçılıq əməllərini davam etdirir.