Siyasət

Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının növbədənkənar iclası keçiriləcək

30 Oktyabr 2020 12:37

Noyabr ayının 2-də Bakıda Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının "Azərbaycanda sosial və iqtisadi inkişafın yeni dövrü" mövzusunda növbədənkənar iclası keçiriləcək. Olaylar.az bildirir ki, clasda Türk Şurasının Baş katibi Bağdad Amreyev, Türk Odalar və Borsalar Birliyinin (TOBB) rəhbəri Rifat Hisarcıklıoğlu, Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov, Azərbaycan Respublikası İqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Tahir Mirkişili, Nazirlər Kabineti Aparatının İqtisadiyyat şöbəsinin müdiri Azər Əmiraslanov, Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev, Macarıstan Ticarət və Sənaye Palatasının sədri Lazslo Parraq, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov, Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının sədri Marat Sharshekeev və Özbəkistan Respublikası Ticarət və Sənaye Palatasının sədri Adham İkramov iştirak edəcək.

İtaliyanın nüfuzlu beyin mərkəzi saytında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yazı dərc olundu

30 Oktyabr 2020 12:36

İtaliya Parlamentinin Deputatlar Palatasının Xarici əlaqələr daimi komissiyasının sədri Piero Fassino İtaliyanın nüfuzlu beyin mərkəzlərindən olan CeSPİ-nin (Centro Studi per Politica İnternazionale) internet saytında “Dağlıq Qarabağ: bizə də aidiyyəti olan münaqişə” adlı məqaləsi dərc olunub. Olaylar.az bildirir ki, məqaləsində italyan parlamentar Qafqaz bölgəsinin Avropa ölkələrində sənayeni, istehlakı və gündəlik həyatı üçün tələb olunan neft və qazın nəqlini təmin edən strateji boru kəmərlərinin keçməsi nöqteyi-nəzərdən əhəmiyyətindən, qlobalizasiyanın çoxtərəfli idarəetməsinin tərkib hissəsi olan TAP boru kəmərinin də daxil olduğu Cənub Qaz Dəhlizinin İtaliya üçün enerji asılılığının şaxələndiriməsi və enerji təhlükəsizliyinin gücləndirməsi üçün strateji vacibliyə malik olmasından danışıb. Deputat məqaləsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin lokal xarakterdən kənara çıxmaq risklərinin olmasını də nəzərə alaraq, prosesin siyasi həllinə nail olmaq və bölgədə davamlı sülh və təhlükəsizliyin əldə olunması üçün Aİ-nin xüsusilə də Minsk Qrupunun üzvü kimi İtaliyanın təcili tədbirlər görməsinin vacibliyini qeyd edib.

Cavad Xan və Aman Xan Naxçıvanskinin xələfləri Prezidentə müraciət etdi

30 Oktyabr 2020 12:06

Olaylar.az müxtəlif ölkələrdə yaşayan Cavad Xan və Aman Xan Naxçıvanskinin xələflərinin Azərbaycan Prezidentinə müraciətini təqdim edir. Müraciətdə deyilir: Hörmətli cənab Prezident, möhtərəm Ali Baş Komandan !

Mesut Yılmaz vəfat etdi

30 Oktyabr 2020 11:52