Ədalət Partiyası tərəddüd edir
9 Oktyabr 2014 12:14 Siyasət"Bələdiyyə seçkilərinin keçirilməsinə az vaxt qalmasına baxmayaraq Ədalət Partiyası seçkilərlə bağlı tərəddüdünü davam etdirir". Belə bir açıqlama ilə çıxış edən partiyanın sədr müavini Mütəllim Rəhimli "OLAYLAR"-a deyib ki, partiyada bir qrup seçkilərdə fəal iştirak etməyin tərəfdarı olsa da, bir çoxları bələdiyyə seçkilərində iştirakı mənasız hesab edirlər: "Bütün bunları nəzərə alaraq yaxın günlərdə partiyanın Ali Məclisinin iclasının keçirilməsi planlaşdırılır. Ali Məclisdə müzakirələrdən sonra bələdiyyə seçkilərində iştirakla bağlı qərar veriləcək. Bu qərara da uyğun olaraq partiya hazırlıqlarına başlayacaq.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00