Atəşkəs yenidən pozuldu
9 Oktyabr 2014 11:07 SiyasətErməni silahlı bölmələri ötən gün Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutmaqla yenidən atəşkəs rejimini pozublar. Trend Müdafiə Nazirliyinin saytına istinadən bildirir ki, erməni silahlı bölmələri dünən Ağdam rayonunun Qaraqaşlı kəndi yaxınlığında və Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00