İkili standartlar davam etməkdədir

İşğalçı dövlət dəstəklənir

" Ermənistan dövləti işğalçılıq siyasəti həyata keçirməsinə baxmayaraq, bir sıra hallarda dəstəklənir". Bunu deyən millət vəkili, Azərbaycanın AŞ PA-dakı nümayəndə heyəinin üzvü Sahibə Qafarovanın sözlərinə görə, bu isə nəticə etibarilə bölgədə münaqişə ocağının tamamilə sönməsinə imkan vermir: " İyul ayının sonları, avqust ayının əvvəllərində erməni diversant kəşfiyyat qrupunun cəbhə xəttində törətdiyi təxribatlar və ondan sonra yaşananlar müharibə ehtimalını yenidən gündəmə gətirdi. Amma həmin ərəfədə Avropa Parlamenti ölkəmizlə bağlı qeyri-obyektiv, bəzi qərəzli siyasətçilərin şəxsi mülahizələrinə söykənən bir qətnamə qəbul etdi. Ondan bir müddət əvvəl qohumlarının məzarlarını ziyarət etmək məqsədilə öz dədə-baba torpaqlarına gedən üç azərbaycanlı Ermənistan silahlı qüvvələri tərəfindən girov götürüldü. Onların biri gördüyü işgəncələrdən sonra vəfat etdi. Digər iki azərbaycanlı isə qondarma ittihamlarla hələ də əsirlikdə saxlanılır və Ermənistan dövləti onları geri qaytarmaqdan imtina edir. Amma hər kəs susur, bu ədalətsizliyə heç kim etiraz etmir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00