Azərbaycan XİN-dən təbrik

XİN türk diplomatların girovluqdan azad edilməsini alqışlayır

Azərbaycan Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır.ANS PRESS-in məlumatına görə, Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında bu barədə bildirib.Azərbaycan XİN Baş konsulluğun əməkdaşlarını və onların ailə üzvlərini, qardaş Türkiyə xalqını təbrik edib və ən xoş arzularını çatdırıb.Xatırladaq ki, 3 ay İŞİD girovluğunda olan türk diplomatlar bir necə gün öncə azad ediliblər. Bu barədə məlumatı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Azərbaycana səfəri zamanı alıb. Nazir bundan sonra səfərini yarımçıq saxlayaraq girovlarla görüşmək üçün Türkiyəyə qayıdıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00