Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rol
Anti-Azərbaycanın qüvvələrini narahat edir
22 Sentyabr 2014 13:10 Siyasət"Avropa Parlamentinin Azərbaycanla bağlı məsələləri müzakirəyə çıxarması qısqanclığın, gözügötürməzliyin nəticəsidir". Bunu deyən millət vəkili Eldar İbrahimovun sözlərinə görə, Avropa Parlamentinin müzakirə etdiyi qətnamənin "Əsrin müqaviləsi"nin 20 illiyi ərəfəsində baş verməsi təsadüf deyil: "Ölkəmizlə bağlı Avropa Parlamentində müzakirəyə təqdim olunan layihə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı rolu gözü götürməyən qüvvələrin, erməni lobbisinin bilavasitə dəstəyi, himayəçiliyi, təsiri nəticəsində fəaliyyət göstərən şəxslərin təqdim və qəbul etdiyi qətnamədir". Onun sözlərinə gögə, Avropa Parlamentinin Azərbaycanla bağlı son qətnaməsi bir daha həmin qurumun Azərbaycana qarşı olan qərəzli münasibətini açıq şəkildə ortaya qoyur: "Avroparlamentin belə bir qətnamə qəbul etməklə növbəti dəfə Azərbaycanın daxili işlərinə müdaxilə etməyə cəhd göstərdiyini bildirib: Ümumiyyətlə, Azərbaycan əleyhinə qəbul olunan qərəzli qətnamələrin əsas səbəbi dövlətimizin iqtisadi yüksəlişi, sürətli inkişafı, ölkəmizdə aparılan islahatlar, gəlirlərimizin artması, iqtisadi-hərbi gücümüz, sosial sahədə böyük uğurlarımız, dünyada artan iqtisadi üstünlüyümüz və siyasi nüfuzumuzdur".